24.02.2017 [12:53] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədri Almaniya ilə Polşanın həmsədrliyini təklif edir
Dünən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İctimai televiziyanın “Ortaq Məxrəc” verilişində qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən saxta “referendum” şousunun məqsədləri ilə bağlı aparılan müzakirəyə qatılıb. Fərəc Quliyev ilk əvvəl diqqəti həmin saxta referendumun ortaya qoyduğu ziddiyyətə çəkib ki, qondarma “respublikanın” adını dəyişən terrorçu rejim, “konstitusayalarında” köhnə adı saxlayıb. Deputat bildirib ki, bu onu göstərir ki, ermənilər tərrəddüd içərisindədirlər və heç bir hüquqi əsası olmayan bu “sənədin” mənasız olduğunu anlayırlar. Partiya sədri bu şouya münasibət bildirən ATƏT-in Minsk Qrupu ölkələrinin Rusiya başda olmaqla heç birinin reaksiyasının qənaətbəxş olmadığını vurğulayıb. Xüsusən ATƏT-in Minsk Qrupunda təmsil olunan 13 dövlətdən bəzilərinin susmasının qəbuledilməz olduğunu bildirən Fərəc Quliyev onların kəskin münasibət bildirməli olduğunu vurğuladı və məhz bu səbəbdən Minsk Qrupu ölkələrinin və xüsusən də həmsədr ölkələrinin dəyişdirilməsi üçün əsasın olduğunu bildirdi. Fərəc Quliyev bu davranışın beynəlxalq normalara və indiyə qədər münaqişə ilə əlaqədar qəbul olunmuş sənədlərə zidd olduğunu qeyd etdi.
Bunlardan əlavə MDHP sədrinin Qarabağdakı “referendum” şousunun əslində Rusiyadan qaynaqlandığı barədə də əsaslı izah verdiyi həmin çıxışının videosunu təqdim edirik:
VİDEO AÇILMAZSA BURAYA TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |