Şrift:
Fərəc Quliyev:- Xalqımıza səbirsiz olmağı, tezliklə düşməndən intiqam almağı arzulayıram.
24.02.2017 [13:31] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Fərəc Quliyev: Hər məsələ öz adı ilə deyilməlidir- 366-cı alay Sovet yox, Rusiyanın alayı idi


Milli Məclisin bu gün- 24.02.2017 tarixində keşirilən plenar iclasında Milli Dirçəliş Hərəkarı Partityasının sədri, millət vəkili Fərəc Quliyevin etdiyi çıxışın tam mətni:


Hörmətli sədr və həmkarlar, Xocalı soyqırımı ilə bağlı Milli Məclis həmişə öz prinsipal mövqeyini sərgiləyib, dünya ictimai rəyində Xocalı həqiqətinin tanınmasında ardıcıl fəaliyyət göstərib. Oqtay müəllim deputat qruplarına bütün səfərlərdə bu həqiqəti xarici dövlətlərdə tanıdılması tövsiyəsi verib-yəni hər kəs əlindən gələni etməyə çalışıb. Bir çox dövlətlərin Xocalı soyqırımını tanımasında Milli Məclisin də göründüyü kimi mühüm rolu olub. Bu gün hörmətli Ziyafət müəllim çox sanballı məruzə ilə çıxış etdi.
Bu gün qəbul olunacaq qərar layihəsi ilə bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Layihənin qərar hissəsində Xocalı soyqırımında iştirak edən 366-cı hərbi hissə sovet ordusu kimi göstərilir. Biz heç kimin ərazisinə daxil olub dinc sakinlərini qırmamışıq, günahkar deyilik, hüquq pozuntusu etməmişik və heç bir xalqla da düşmənçiliyə əsas verməmişik. Ona görə də niyə bəzi mətləbləri yumşaltmaq və üzərindən keçməliyik? Axı bu ciddi hadisə və tarixdir. Hər məsələ öz adı ilə deyilməlidir. 1992-ci ildə Xocalı soyqırımı törədiləndə sovet ittifaqı yox idi. 1991-ci ildə Belojevsk müqaviləsi ilə rəsmən bu ittifaq tarixə qovuşmuşdu. Sovet ittifaqı olmadığı halda Sovet ordusu necə ola bilərdi? 366-cı alay Rusiyanın hərbi hissəsi idi. Rusiyanın iştirakı ilə artıq yeni birlik axtarışları başlamışdı. 1991-ci il dekabrın 21-də Almatida MDB formalaşmışdı. Ona görə biz Rusiya ordusunun bu soyqırımda iştirakını öz adı ilə qərarda göstərməliyik. Heç Rusiyanın özündə də bu gün əksəriyyət bilmir ki, onların ordusundan Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımda istifadə ediblər. Bunu Rus analarına bildirməmiz lazımdır. Bu gün Ermənistan Rusiya ilə ortaq ordu yaradır-sabah bu ordu oxşar proseslərə qatılarmı, bu xalqın ordusu-övladları Ermənistan naminə istifadə olunacaqmı? Bunu Rus xalqı bilməlidir. Ermənistanın avantürist siyasətinə Rusiya rəhbərliyi dəstək verməklə niyə Rusiya və azərbaycan xalqlarını düşmən etməlidir? Ona görə bizim hər şeyi öz adı ilə deməyimiz profilaktik cəhətdən də əhəmiyyətlidir.
Digər məsələ qərar layihəsində Ermənistan - Azərbaycan – Dağlıq Qarabağ ifadələridir. Nəhayət ki bizdoğru olan Ermənistan –Azərbaycan müharibəsi ifadəsini işlətməliyik. Azərbaycan unitar dövlətdir. Azərbaycan ifadəsinin içərisində Qarabağ da Naxçıvan da, Şəki də, Şirvan da və s bölgələr də yer alır. Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir. Dağlıq Qarabağı ayrıca ifadə etməklə düşmən tərəfin müstəqil subyekt kimi siyasi proseslərdə bu ifadədən istifadəsinə tutarqa vermiş oluruq. Ona görə qərar layihəsində Ermənistan – Azərbaycan müharibəsi ifadəsindən istifadə olunmasını münasib görürəm. Bir daha Şəhidlərimizə Allahdan rəhmət diləyir, Xalqımıza səbirsiz olmağı, tezliklə düşməndən intiqam almağı arzulayıram.
Bu xəbər oxucular tərəfindən 2049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed