Şrift:
Türkiyədə ölüm hökmünün bərpası ilə bağlı referendum keçirilə bilər
25.02.2017 [10:26] - Xəbərlər, Hüquq
Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə bununla bağlı referendum keçirilə bilər.
Bunu Manisa əyalətində keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Mən dedim ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edərəm. Lakin problem ondadır ki, belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Əgər bu, parlament tərəfindən qəbul edilməzsə, biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik. Xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq", — deyə Ərdoğan bildirib.
Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed