Şrift:
Bayram Səfərov: “Ermənilərin nə həddi var ki...”
14.04.2012 [11:21] - Gündəm
Şuşada hərbi paradın keçirilməsi fikrini səsləndirmək Ermənistanın növbəti təxribatıdı.

Bu sözləri “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistanın Şuşanın işğalı günü keçirmək istədikləri paradla bağlı xəbərə münasibət bildirərkən deyib.

B.Səfərov bildirib ki, ermənilərin elə bir güclü hərbi arsenalı yoxdur ki, hərbi parad da keçirsinlər.
”Ermənistanın özünün heç nəyi yoxdu. Ermənistan özü hansısa dövlətdən aslı olan bir ölkədi, demokratik dövlət deyil. Qarabağda nə hərbi parad ola bilər, bunların hamısı yalandı özlərindən uydurmadı. Onlar bunu deməlidirlər, çünki əllərindən başqa iş gəlmir”. B.Səfərovun sözlərinə görə, ermənilər bizim işğal altındakı torpalardan ancaq talan etmək, dağıtmaq məqsədilə istifadə edirlər.
”Çünki onlar bilirlər ki, biz azərbaycanlılar öz doğma torpaqlarımıza qayıdacağıq.

Ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında azərbaycanlılarla birgə yaşaya bilərlər, ayrı yaşaya bilməzlər. Onlara o ixtiyarı, o hüququ Azərbaycan xalqı verməyəcək”.
Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed