Şrift:
Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
25.02.2017 [11:43] - Gündəm, Mədəniyyət
Fevralın 26-da Akademik Milli Dram Teatrında "Açıq qapı" günü keçiriləcək. Teatrın mətbuat xidmətindən "Olaylar" - a bildirilir ki, saat 19:00-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan "Xəcalət" tamaşası nümayiş olunacaq.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət" tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidi.

İki hissəli müasir dram olan "Xəcalət" tamaşasında rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edir. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.
Qeyd edək ki, tamaşaya giriş sərbəstdi.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed