25.02.2017 [11:46] - Gündəm, Müsahibə
Yunus Oğuz: "10-15 ildən sonra Avropa Suriyadan da pis vəziyyətə düşəcək"
Yunus Oğuzun "Cümhuriyət" qəzetinə müsahibəsinin ikinci hissəsini təqdim edirik. Müsahibənin bu hissəsində yazıçı günümüzün ədəbi reallıqları və tarixi mövzulara aid sualları cavablandırıb. Qeyd edək ki, Yunus Oğuz müsahibənin əvvəlki hissəsində ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə dair sualları cavablandırmışdı.
Əvvəli bu linkdə:
http://davam.sapphire.mysitepreview.co.uk/35122-elibyi-vahid-namizd-olmaa-qoymadlar.html
"İnsanlar şit şoulardan beziblər"
- Sizcə, günümüzdə yazılan bədii əsərlərin əsas hissəsini niyə daha çox beldən aşağı olan mövzular təşkil edir? Bir yazar kimi nə düşünürsünüz, niyə daha çox ölkənin ağrılı problemlərini özündə əks etdirən əsərlər yazılmır?
- Oxucu tələbatı var, bu tələbat da birbaşa şair və yazıçılara xitab edir. Əslində oxucu tələbatını da telekanallar, sosial şəbəkələr, bir sıra mətbuat orqanları və qloballaşma yaradır. Bağlı mövzular vardı ki, bir neçə il əvvələ qədər bunları dilə gətirmək ayıb sayılırdı, nəinki bundan yazmaq. Amma indi bir sıra yazarlar tez məşhurlaşmaq üçün bu mövzulardan asanlıqla yazırlar. Belə yazıçı cəmiyyətə nə verir? Cəmiyyət də son nəticədə pozulmağa, daralmağa doğru gedir. Mənim bütün kitablarım vətənpərvərlik mövzusundadır. İnsanların son vaxtlar bu mövzusuya ac olduqlarını görürəm. Az insanlar bu mövzunu istəyirlər. Dəfələrlə Səfər Əbiyevin vaxtında aidiyyatı qurumlara müraciət etmişəm ki, bizim hərb tariximizdən yazan insanlarla hərbi hissələrdə görüşlər keçirilsin. Təhmasib Şah, Şah İsmayıl Xətai, Atilla və digərləri haqda çoxlu sayda kitablar yazılıb, mənim də bu yöndə yazdığım çoxlu əsərlər var. İnsanlarımız bilməlidirlər ki, bizim nə qədər hökmdarlarımız, sərkərdələrimiz, tarixdə zəfərlərimiz olub. Dünyada ilk dəfə musiqi Azərbaycanda nota alınıb. Amma bunu heç kəs bilmir. İnsan öz keçmişiylə fəxr etməyi bacarmalıdır. Vətənpərvərlik insanlarımızın alt şüurunda hələ də yaşadığı üçün aprel döyüşlərində yüz mindən çox insan döyüşə getmək üçün müraciət etdi. Vətənpərvərlik budur, iş təkcə hərb tarixini yazmaqla bitmir. Bunu gələcək nəslə də aşılamaq lazımdır. Təkcə döyüşmək və bundan yazmaq da vətənpərvərlik deyil, yaxşı alim olmaq, yaxşı yazıçı olmaq, yaxşı sənətkar olmaq da vətənpərvərlikdir. Təkcə torpaqların azad olunması yox, bu sərhədlərin qorunması da vətənpərvərlikdir. İnsanlar şit şoulardan beziblər. Nə qədər bayağı verilişlərə baxmaq olar? Bir də görürsən ata oğulu bıçaqladı. Niyə? Çünki belə verlişlərlə beyninə kütlə təfəkkürünə uyğun təbliğat yeridilir. Mentalitetlə kütlə təfəkkürü uyğun gəlməyəndə insan dəli formasına düşür. Bu vəziyyətdə də istənilən cinayəti törətmək olur.
"Rusun soyuducusundan arağı götür, inqilab edəcək"
-Doğrudur, dəyərlər toqquşur. Bu ədəbi mühitdə hazırda özünü postmodern, kosmopolit düşüncəylə mental, yaxud milli dəyərlərin toqquşmasında göstərir. Sizcə, bu döyüşdə üstün tərəf kimdir? Siz də tarixi romanlar yazırsız, daha çox milli düşüncə tərəfindəsiz.
- Mən tarixi romandan başqa heç nə yazmadım.
- Niyə sırf tarixi roman, niyə digər mövzular yox?
- Digər mövzular nə verəcək?
- Ən az oxucu verə bilər.
- Mənim kifayət qədər oxucum var. 22 ölkədə 47 kitabım nəşr olunub. Bunun 19-u Azərbaycanda çıxıb. Amma söhbət ondan gedir ki, tarix dəryadır. Tarixdə buraxılan səhvlər müasir dövrümüzdə təkrarlanır. Tarixi mövzularda ona görə yazıram ki, bu səhvlər təkrarlanmasın. Amma istənilən halda bu səhvlər olur. Bir bilə-bilə, bir də bilməyərək etdiyin səhvlər var, bir də bu səhvləri "kopyalamaq" var. Tarix həm də bizim şanlı keçmişimiz olmalıdır. Vətəni insanlara sevdirmək, kosmopolitizmdən uzaqlaşdırmaq üçün bizə tarix lazımdır.
- Niyə? Bizə kosmopolitizm lazım deyil?
- Bir az da keçsəydi, torpaqların itirilməsinə, başqa xristian ölkələrində olduğu kimi fahişəliyin yayılmasına biganə qalacaqdıq. Kosmopolitizm buna aparır. Kosmopolit düşüncəyə görə Azərbaycan vətəndaşlığı yoxdur, dünya vətəndaşlığı var, erməni də, düşmən də, dostumuz da dostumuzdur, sən lezbiyan, gey paradlar da keçirə bilərsən. Yəni, sənin üçün heç nəyin fərqi yoxdur, sən təksən, özün üçün yaşayırsan, mən yoxamsa, dünya yoxdur. Kosmopolitizm budur. Amma bizim min illərdir formalaşmış təfəkkürümüz, dəyərlərimiz var. Bizdə insan ölənədək gözləri övladlarının üzərində olur, amma ruslar, xristianlarda bu yoxdur. Buna görə də bizdə ailə möhkəm olur. Amma kosmopolitizmdə belə deyil: sən heç kəs haqqında düşünmürsən, heç kəs də sənin haqqında düşünmür. Necədir?
- Yaxşıdır. Amma, məsələn, dünya vətəndaşı olmağın nəyi pisdir?
- Nəyi yaxşıdır? Amma sən istəsən də, istəməsən də fərqli fikirlər olacaq. Bu, bəziləri üçün yaxşı, bəziləri üçün də pis fikir olacaq. Bir halda ki, erməni sənin 20% torpağını işğal edib, sən onu sevə bilərsən? Kosmopolitizmin yetişən yeni nəsli isə çoxalıb Qarabağı unutdurub, ermənilərlə də barışmaq istəyəcək. Avropanın "göbəyində" yerləşən İspaniyada yaşayan basklar da ayağa qalxıblar, müstəqil olmaq istəyirlər. Xüsusilə də Şərq mentalitetinə sahib olan insanlar daha çox fərdi təfəkkürə meyilli olurlar. Bəlkə də buna görə muğam bizdə yaxşı alınır, amma xorumuz demək olar ki, yoxdur. Amma Rusiyada ictimai təfəkkür var. Məsələn, rusların soyuducularından araqlarını götürün, onlar inqilab edəcəklər. Onlar proseslərə ictimai təfəkkürlə baxırlar. Amma bizdə ailədən tutmuş cəmiyyətədək fərdi təfəkkür var və bu düşüncədə olanlar da həmişə fərdi olaraq fərqlənmək istəyirlər. Yəni, bizdə fərdi təfəkkür güclü olduğu üçün kosmopolitizmə yer ayrılmır. Bir sıra bunun daşıyıcıları olan insanların istəkləri də baş tutmur. Çoxları indi belə yazmaq istəyirlər, yazsınlar. Amma fəlsəfə, sosial, etno-psixoloji prinsipləri bilməsən, çətin olacaq, itib-batacaqsan.
- Bir məsələ də var ki, biz Dağlıq Qarabağ savaşında azərbaycanlıların başlarına gətirilən faciələri dünyaya bəşəri faciə kimi təqdim edə bilmədik. Sizcə, bu da qeyri-kosmopolit təfəkkürün yaratdığı probem deyildimi? Halbuki, biz bunu bəşəri problem kimi təqdim edə bilsək, erməniləri daha asan məğlub edə bilərdik, necə ki, İkinci Dünya Müharibəsində yəhudilər bunu bacarmışdılar.
- Biz artıq bunu dünyaya çatdırırıq. Artıq 12-13 ölkə Xocalı soyqırımını tanıyır. Bu artıq başqa bir məsələdir. Unutmayın ki, Qarabağ problemi ortaya çıxanda Azərbaycan müstəqil deyildi. Burada da həmin təfəkkür məsələsinə gəlirik. Məsələn, 1988-ci ildə Topxana hadisələrinə görə, 1 milyondan çox azərbaycanlı ayağa qalxdı. Çünki o dönəmdə şüur və təfəkkürdə SSRİ-yə inam yox idi. Dövlət xalqın arxasında durmadığı üçün xalq meydana çıxdı. Bu gün isə dövlət xalqın, problemlərinin arxasında durub, çünki bu sənin öz dövlətindir. Fərq bundadır. Tarixin digər mərhələlərinə baxanda ümumiyyətlə, dəhşətə gəlirsən, daha ağır faciələrimiz olub. Təsəvvür edin ki, tarixdə 6 ay ərzində Təbriz və Gəncəyə 3 dəfə ağır yürüşlər olub. Cəmi 2-3 yazan var idi, informasiyanı da indi həmin mənbələrdən alırıq. Tarixdən dərs götürmək lazımdır. Tarixə qayıtmaq lazımdır ki, gələcəkdə bu hadisələr baş verməsin.
- Keçmişlə hesablaşmaq gələcəyə gedən yolu kəsmir? Bir çox inkişaf etmiş ölkələr, adətən, gələcəyə investisiya yatıracaq layihələr həyata keçirirlər.
- Əksinə, keçmişi unutmamaq inkişafa kömək edir. Məsələn, Türkiyənin keçmişi gələcəyinin qabağını kəsir? Türkiyədə insanlar xatırlayırlar ki, onların babaları Osmanlı İmperiyasının vətəndaşları, təbəələri olublar. Ruslar son 300 illəriylə fəxr edirlər. Rus "bomj" da deyir ki, "Rusiya üçün canımı verməyə hazıram".
- Bəs biz niyə Səfəvilər İmperiyasının dünya miqyasında Azərbaycan - türk dövləti olduğunu sübut edə bilmirik? Elə qardaş Türkiyənin özü də bunu İran dövləti kimi tanıyır.
- Artıq yavaş-yavaş qəbul edirlər. 70 il SSRİ-də olduğumuz dönəmdə Rusiya bu məsələni şüurlara əleyhimizə olan formada yeritməyə çalışıb. Ağqoyunlular, Qaraqoyunlular, Afşarlar, Səfəvilər, Qacarlar dönəmində yazılan məktublarda vurulan möhürlərə baxın və göstərin ki, bunlar və digərləri İran dövləti olub. Heç kəs göstərə bilməyəcək. Ağqoyunlular "Bayandur" möhürü vururdu, Afşarlar "Afşar", Səfəvilər də "Səfəvi" möhürü vururdu. İran bu məsələlərin yanında Avropa və Rusiyanın yaratdığı mövzuydu. Çünki Osmanlı İmperiyası 3 qitəni əhatə edən türk dövləti idi. Səfəvlər də türk dövlətiydi.
- Ümumiyyətlə, ədəbiyyat, yaxud digər sahələr olaraq Avropa və...
- 10-15 ildən sonra Avropa Suriyadan da pis vəziyyətə düşəcək.
- Bunu nəyə əsasən deyirsiz?
- Yaxın Şərqdən olan qaçqınların hamısı oradadır.
- Belə çıxır ki, islam hara getsə, oranı dağıdır?
- Yox. İslamdakı fərd təfəkkürü Avropada da sözünü deyəcək. Avropadan, Rusiyadan İŞİD-ə qoşunların sayı azdır? Heç onların ərəblərə dəxli yoxdur.
- Ədəbiyyatda və digər sahələrdə də qadınlar həmişə ön planda olur. "İnsan hüquqları" deyəndə də ağıla ilk qadınlar gəlir. Sizin əsərlərinizdə də bu belədir.
- Böyük imperiyaların imperatorların yanlarında olan qadınlar həmişə böyük rollara sahib olublar. Bəzən qadınların elədiklərini kişi imperatorlar edə bilmirdilər. Məsələn, Yekaterina öz dönəmində böyük Rusiya İmperiyasını qurdu. Qadın allahın sirridir. Qadının ağlı məntiqə çıxmır, bu, qeyri-səlis məntiqdir. Gözlənilməyən yerdə qadın istənilən hərəkəti edəcək. Amma kişilər bunu hesablayırlar. Buna görə də qadınlar güclü olurlar.
- Amma hesab etmək olar ki, qadınları bu qədər kişi ehtirası şişirdib.
- Bu məsələ də var. Amma qadınları bu qədər şişkin göstərən onlarda fərdi təfəkkürün üstün və güclü olmasıdır. Çox vaxt qadınlar özlərini əzilmiş kimi göstərirlər. Amma qadınlar əzilmiş deyillər. Qadının təfəkkürü ona hesablanıb ki, kişiləri daha üstün hesab etsin. Buna görə də qadın ətrafda nə varsa, onu idarə edə bilir. Bir də görürsən, küsməklə, ağlamaqla nəyisə həll edirlər.
"Tarixi seriallara da pul ayrılmalıdır"
- Niyə Şah İsmayıl haqda çoxseriyalı film çəkilmir?
- Kim çəkməyə qoydu? İndi böyük maliyyə vəsaiti tələb olunur, o vaxt da SSRİ qoymadı. Şah İsmayıl türk dilində danışdığı, türk olduğu üçün Moskva onu "düşmən" kimi təqdim edirdi. Şah İsmayıla aid hansı nümunə ortaya çıxarılsa, türk dilindədir. Şah İsmayıl Osmanlı sultanlarına türk dilində məktublar yazırdı, onlar da fars dilində cavab verirdilər. Amma indi yazdığım "Nadir Şah" romanıyla bağlı mənə məktub gəldi ki, Nadir Şahla bağlı "Hollivud" film çəkmək istəyir. İndi də kifayət qədər insanlar var ki, bu tarixi şəxsiyyətləri bizimki olmağa qoymurlar. Amma biz çəkməliyik. Kim Səfəvilər haqda film çəkmək istəsə, məndə ssenarisi var. "Nadir şah" pyesini yazdım, Mədəniyyət Nazirliyi sifariş verdi, tamaşa hazırlandı, amma "Azdrama"da cəmi 10 tamaşa oynanıldı. Bu da anşlaqla oldu. Teatra yeni rəhbərlik gələn kimi dayandırıldı. Amma vaxt gələcək, özləri məcbur olub bu kitablardan filmlər çəkəcəklər. Aqil Abbasın "Dolu"sundan başqa Qarabağ haqda nə çəkiblər? Dövlət seriallara pul ayırır. Sizcə, həmin pullara Qarabağ haqqında serial çəkilsə, insanlar baxacaqlar? Türkiyədə çəkilən "Ərtoğrul", "Kösəm Sultan" və digər tarixi mövzularda olan serialların milyonlarla izləyicisi var. Onlar reklamlardan milyonlar qazanırlar. Serialda iştirak edən oyunçuların geyimlərini, aksesuarlarını brend edib dünyanın hər yerində satırlar. İş adamları bu sahəyə girişməlidirlər. Mümkündür ki, 10-15 ildən sonra bizdə də olsun.
- Amma bir məsələ də var, "Möhtəşəm yüz yıl" serialındakı "Süleyman Qanuni"ni insanlar arasında məşhur edən müharibələrdəki zəfərləri yox, eyş-işrət, məhəbbət əhvalatlarıdır. Biz də məsələn, Şah İsmayıldan serial çəkib, gözünə də bir az erotika qatsaq, olmazmı?
- Bizdə hələ buna hazır deyillər. Çünki bizdə reklamla pul qazanan şirkətlər azdır. Bizdə gözləyirlər ki, dövlət sifariş versin. Gözləmək yox, çəkmək lazımdır. Ən böyük biznes də buradadır, iş adamları hələ ki, başa düşmürlər, başa düşəndə də ömürləri qalmayacaq.
Mənsur Rəğbətoğlu/Cebhe.info

Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |