14.04.2012 [11:26] - Sosial
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkəmizdə işgüzar səfərdə olan türkiyəli millət vəkili, Qara dəniz İqtisadi Birliyi Parlamentlər Assambleyasında Türkiyə qrupunun rəhbəri İsmayıl Safi və Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin icraçı direktoru Hikmət Erenlə görüşüb.
Şuradan Davam.az-a bildirilib ki, görüşdə Türkiyə Sivil Toplun Quruluşları ilə Azərbaycan Qeyri-Hökumət Təşkilatları arasında əməkdaşlıq məsələləri haqda geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, dövlətlər arasında ən yüksək siyasi, iqtisadi və mədəni səviyyələrdə həyata keçirilən qarşılıqlı əməkdaşlığın səmərəsini artırmaq üçün ölkələrimizin qeyri-hökumət təşkilatlarının əlaqələrinin gücləndirilməsi vacibdir.
Azay Quliyev müasir dünyanın ictimai həyatında QHT-lərin artan rolunu vurğulayaraq, birgə fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini bildirdi və regionda mövcud olan problemlərin həllinə vətəndaş cəmiyyətlərinin verə biləcəyi töhfələri qeyd edib.
Gələcək əməkdaşlığın coğrafiyasının genişləndirilməsi və əlaqələndirilməsi üçün görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb və təmasların davam etdirilməsi qərara alınıb. Görüşdə iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva da müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildirib.

Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |