27.02.2017 [08:36] - Gündəm, Borçalı
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Gürcüstanda keçirilən tədbirlər bu ölkənin nüfuzlu media qurumları tərəfindən geniş işıqlandırılıb.
Gürcüstanın “İmedi” və “Obyektiv” televiziya kanallarında, www.apsny.ge, www.geonews.ge informasiya portallarında Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir geniş işıqlandırılıb.
Eyni zamanda, “Borçalı İrəli” İctimai Birliyinin və Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının birgə səyi nəticəsində http://www.newspress.ge/, www.ghn.ge, www. geonews.ge, wwww.newspress.ge, www.expressnews.epn.ge informasiya portalları Tbilisidə keçirilmiş yürüş və digər tədbirlər barədə məlumatlar, Xocalı soyqırımı barədə xəbərlər yayıblar.
“Axali Sakartvelos” internet televiziyasında Milli Məclisin deputatı Elman Məmmədovun və Azərbaycan səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayevanın iştirakı ilə canlı yayımda tamaşaçılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.
Bundan başqa, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə Acarıstanda yayımlanan “Ajara PS” qəzetində, Acarıstan televiziyasında Xocalı soyqırımına həsr olunmuş materiallar yayımlanıb. Oxuculara və tamaşaçılara ermənilərin azərbaycanlılara və türklərə qarşı zaman-zaman həyata keçirdikləri terror, soyqırımı və digər cinayətlər barədə ətraflı məlumatlar verilib.

Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |