27.02.2017 [10:24] - İdman
AFFA-nın Baş katibi Elxan Məmmədov Avropanın bir neçə milli futbol asosiasiyasının rəhbərlərinə öz seçki platformasını təqdim edib.
Skandinaviya və Baltik ölkələrinin təşəbbüsü ilə Danimarkanın paytaxtı Kopenhagendə UEFA İcraiyyə Komitəsinə namizədlərlə görüş keçirilib.
Tədbirə 13 namizəddən AFFA-nın baş katibi Elxan Məmmədov da daxil olmaqla 7-si qatılıb. Namizədlər ayrılıqda Danimarka, Estoniya, Farer adaları, İslandiya, Latviya, Norveç və İsveç milli futbol asosiasiyalarının rəhbərlərinə öz seçki platformalarını təqdim ediblər və sualları cavablandırıblar.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək qurumun növbəti konqresində baş tutacaq.

Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |