Şrift:
Daşkənddə Xocalı faciəsi ilə əlaqədar konsert-rekviyem keçirilib
27.02.2017 [10:26] - Mədəniyyət
Daşkənddəki Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar konsert-rekviyem keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirdə səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında məlumat verib. O, bildirib ki, bu soyqırım 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb. Diplomat XX əsrin qəddar və qanlı hadisələrindən biri olan Xocalı faciəsinin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd edib.
Sonra konsert-rekviyem keçirilib. Konsertdə Frans Şubert, Fərhad Bədəlbəyli, İohan Sebastyan Baax, Antonio Vivaldi, Asəf Zeynallı, Əzizə Mustafazadə və digər bəstəkarların əsərləri səslənib.
Konsertboyu monitorda Xocalı faciəsi ilə bağlı sənədli film göstərilib.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed