27.02.2017 [10:28] - İdman
Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub.
54 kq çəki dərəcəsində yer alan idmançı finalda yerli dəri əlcək ustası Stanimira Petrovaya uduzub - 2:3.
Qeyd edək ki, Anna Əlimərdanova "Stranca" turnirində Azərbaycanın yeganə xanım təmsilçisi olub. 9 kişi boksçudan ən yaxşı nəticəni 1/4 finaladək irəliləyə bilən Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) göstərib. Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb.

Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |