12.10.2011 [19:12] - DAVAMın yazıları
Bu yaxınlarda Milli Məclisin gündəliyinə dövlət himnimizin dəyişməyi məsələsinin gətirilməsi ilə bağlı söz-söhbət yayıldı. Bu şaiyələrə ictimaiyyətin reaksiyası məni çox maraqlandırdı. Odur ki, qərara gəldim ki, dövlət himnlərinin ölkəyə və ölkənin sosial həyatına təsirini araşdırım.
Himnlər onu dinləyənlər üçün həm ölkənin keçdiyi tarixi yolu, həm də adət-ənənəsini nümayiş etdirməklə bərabər fərdlərin bir birinə, həmçinin dövlətə, millətə münasibətini də təyin edir.
Qərb dövlətlərinin himnləri. Fikir versəniz, görərsiniz ki, qərb dövlətlərinin himnlərində ciddi ziddiyyətlər müşahidə olunur. Fransa, Polşa, Portuqaliya, Yunanıstan, Hollandiya himnində müəlliflər vətəndaşlarını vətənlərini qorumağa çağırırsa, faşist Almaniyasının, İtaliyanın, ABŞ-ın və Britaniyanın himnlərində təcavüzkarlıq ön plandadır. Faşist Almaniyasının himnində almanların dünyanın ali irqi kimi özlərini sübut etməklərinin vacibliyindən söhbət gedirsə, İtaliya himnində uzun illər boyu yatmış İtaliyanın oyanmasından və dünyada öz əzəmətini nümayiş etdirilməsinin vacibliyindən danışılır. Qeyd etmək lazımdır ki, müasir Almaniyanın Dövlət Himni millətçiliklə bərabər dövlətçiliyi də təbliğ edir. ABŞ-ın himnində ordunun dünyada sülh uğrunda vuruşmalı olduğu iddia olunursa, Britaniya himnində yeni qələbələrə kraliçanın bayrağı altında getməyin lazım olduğu xüsusi vurğulanır. Ümumiyyətlə fikir versəniz, görərsiniz ki, qərb dövlətlərinin himnlərinin formalaşmasında ikinci dünya müharibəsinin çox böyük izləri müşahidə olunur. İsveçrə, Bolqarıstan, Türkiyə, Makedoniya kimi dövlətlər bu qrupların heç birinə aid deyillər.
MDB ölkələrinin himnləri: MDB ölkələrinin himnlərindən azadlıq mübarizəsinin cizgiləri özünü biruzə verir. Azərbaycan, Ukrayna kimi ölkələrin himnlərinə nəzər yetirmək kifayətdir ki, bu barədə dediyimi təsdiq edəsiniz.
SSRİ-nin dağılmasından sonra durğunluq dövrü Latviya, Estoniya, Türkmənistan, Latviya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan himnlərində özlərini aydın şəkildə göstərir. Qazaxıstan və Estoniyada vəziyyət o qədər ciddidir ki, bu ölkələrin himnləri doğma dillərində yox ingilis dilindədir. Bu, sonra Qazaxıstanda qazax dilinin yadırğanması və bu yolla qazaxların milli-etnik özünütanıma mexanizminin itməsiylə nəticələnib. Estoniya himnindəsə eston dilinə ironiyalı yanaşma da hiss olunur.
Asiya ölkələrinin himnləri: Asiya ölkələrinin himnləri kifayət qədər çoxşaxəlidir. Məsələn, Yaponiya himnində mühafizəkarlıq önə çəkilirsə, İran, Vyetnam, Çin dövlət himnlərində döyüş ruhu, Hindistan, Cənubi Koreya, İsrail himnlərində ərazi bölgüsü işıqlandırılır. Səudiyyə Ərəbistanı, Suriya kimi ölkələrin himnində dini çalarlar hiss olunur. Tailand, Malaziya və İndoneziya himnləri dövlətçiliyə meyilləriylə seçilirlər.
Afrika və Avstraliya ölkələrində Tanrıya müraciət geniş vüsət alıb.
Latın Amerika ölkələrinin himnləri: Latın ölkələrinin himnlərində ritmiklik daha çoxdur. Bu da özünü Uruqvay, Braziliya, Argentina, Paraqvay kimi ölkələrdə bu, özünü daha çox büruzə verir. Nə qədər qəribə görünsə də, Latın Amerika ölkələrinin himnlərindən yalnız Braziliyanın himnində millətçiliyə azacıq meyl hiss olunur. Belə nəticəyə gəlmək olar ki, Latın Braziliya, Venesuela, Çili cə Kubanı çıxmaq şərtilə vətənpərvərlik üzərində qurulan himnlər yoxdur. Bu da özünü adı çəkilən ölkələrdə milli kimlik və bir sıra mental dəyərlərin yox olması, əxlaqsızlıq kimi xoşagəlməz halların çoxalmasına gətirib çıxarır.
Belə nəticə çıxarmaq olar ki, himn seçərkən dövlətçiliyi yox, millətçiliyi əsas götürmək lazımdır. Dövlətçiliyini himn vasitəsilə təbliğ etməyə çalışan ölkələr Almaniya, Rusiya, Qazaxıstan, Tailand, Latın Amerikanın bəzi ölkələrində əxlaqsızlıq, narkomaniya, alkoqolizm, demoqrafik böhranlar baş alıb gedir. Üstəlik himn yazarkən hücum mövqeyində olan və təcavüzkarlığı bayraq edən bütün dövlətlər indi hegemondurlar (Faşist Almaniyasını çıxmaq şərtilə). ABŞ, İtaliya, Böyük Britaniya, Çin bunun bariz nümunəsidir.
P.S. Bu gün yüzdən çox ölkənin himninə qulaq asdım. Sonda qərara gəldim ki, ən gözəl himn elə bizim milli himnimizdir.

Bu xəbər oxucular tərəfindən 1487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |