Şrift:
Azərbaycan Rəqəmsal Ticarət Qovşağı Vaşinqtonda təqdim olunacaq
27.02.2017 [15:06] - İqtisadiyyat
Azərbaycan Rəqəmsal Ticarət Qovşağı Vaşinqtonda təqdim olunacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı martın 1-dən 3-dək ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcək. Səfərin məqsədi ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək və ölkəmizdə aparılan iqtisadi islahatları, o cümlədən Strateji yol xəritələrini təqdim etməkdən ibarətdir. V.Qasımlı xüsusi olaraq Prezident İlham Əliyev tərəfindən 2017-ci il 22 fevral tarixində yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına məlumat verəcək. Rəqəmsal Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

Qeyd edək ki, USACC tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və ABŞ-ı təmsil edən dövlət və biznes nümayəndələri iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed