27.02.2017 [15:12] - İdman
"Olimpiya Hərəkatı-2017" ("Olympic Moves-2017") idman proqramı çərçivəsində keçirilən rayondaxili yarışların püşkatma mərasimləri başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, mart ayından “Olimpiya Hərəkatı-2017” idman yarışının II mərhələsi–rayondaxili yarışlar start götürəcək. İyun ayına qədər davam edəcək rayondaxili yarışlarda Bakı şəhərindən 294, regionlardan isə 112 məktəb olmaqla, ümumilikdə 406 məktəb iştirak edəcək. Qarşılaşmalar 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçiriləcək.
Rayondaxili yarışlarda şagirdlərə müvafiq idman növləri üzrə məşqçilər qaydaları izah edəcək. Oyunlar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.
Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |