28.02.2017 [10:24] - İdman
"Neftçi"nin futbolçusu Daniel Seqovia Azərbaycan Premyer Liqasının XX turunda səfərdə AZAL-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib.
Yeganə topun müəllifi olan ispaniyalı hücumçu əvvəlcə oyunu dəyərləndirib:
- Görüşdən əvvəl baş məşqçimiz Elxan Abdullayev rəqibi təhlil edəndə bizə bu sözləri demişdi ki, matç elə də asan olmayacaq. Çünki rəqib komanda turnir cədvəlində son pillələrdə yer alır. Onun itirəcəyi heç bir şey yoxdur. Biz isə burda xal itirsəydik, çox çətin vəziyyətə düşəcəkdik. İlk dəqiqələrdə rəqib qapısına yol tapa bildim və komandamız 3 xalı qazandı. Qoldan sonra komandamız bir az gerilədi. Hamımız arxaya çəkildik. Nəticədə rəqib topla daha çox davranmağa başladı. Ancaq buna baxmayaraq, buranı 3 xalla tərk edirik. Buna görə sevinirik və komandamızı təbrik edirəm.
- "Neftçi" çox da yaxşı oynamadı. Bunun səbəbi nə idi?
- Düzdür, "Neftçi" həmişəki oyunu göstərə bilmədi. Çünki rəqib komanda buna imkan vermədi. Nəticədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Buna baxmayaraq, çempionatın sonunda yaxşı, yaxud pis oyun yox, toplanılan xallar sayılır. Bu gün rəqib meydanında qazandığımız 3 xala sevinməliyik.
- Qazonla bağlı nə deyə bilərsiniz? Yəqin ki, siz belə ot örtüyündə ilk dəfədir oynayırsınız...
- Bəli. Bilirdim ki, "Qarabağ"da çıxış edən həmyerlim Dani Kintana məhz bu meydanşada ağır zədələnərək uzun müddətə sıradan şıxıb. Həmin hadisəni eşitmişdim. Meydanın yaxşı səviyyədə olmamasından da xəbərdar idik. Çətin oyun alındı. Öz oyunumuzu göstərə bilmədik. Elə olub ki, yaxşı oynasaq da, xal itirmişik. Lakin bu gün yaxşı oynamadıq, növbəti qələbəni qazandıq. Başqa heç nə deyə bilmərəm.
- Öz oyununuzdan razısınızmı?
- Mən "Neftçi"nin futbolçusuyam. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə, kömandama kömək etməyə çalışıram. İstərdim ki, hər oyunda köməyimlə komandam qələbə qazansın. Yenə buna nail olmuşuqsa, sevinməliyəm.

Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |