Şrift:
Akademik Milli Dram Teatrının aktyorları şagirdlərlə görüşüb
28.02.2017 [10:30] - Mədəniyyət
Nizami rayonunun 328 saylı tam orta məktəbində Akademik Milli DramTeatrının aktyorları xalq artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, məktəbin direktoru Asif Nəbiyev teatrın cəmiyyətdəki və hər bir xalqın mədəni inkişafındakı rolundan danışıb.
Sonra məktəbin şagirdləri hazırladıqları səhnəcikləri təqdim ediblər. Məktəbin musiqi müəllimi Nailə Heydərovanın şagirdlərlə hazırladığı səhnəciklər qonaqların marağına səbəb olub, onları alqışlayıb, uğurlar arzu ediblər.
Məktəbin musiqili qonağı – 70 saylı məktəbin 7-ci sinif şagirdi Yeganə Eyvazlı “O sole mio” klassik mahnını ifa edib. Çıxış da qonaqların xüsusi marağına səbəb olub. Hər iki aktyor Yeganə Eyvazlıya gələcəkdə böyük səhnələri fəth etməyi arzulayıb və buna inandıqlarını deyiblər.
Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub. Şagirdlər onları maraqlandıran suallarla qonaqlara müraciət edib.
Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təkliflərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib. Məktəblilərin arzusu ilə Nurəddin Mehdixanlı müəllifi olduğu şeiri səsləndirib, alqışlarla qarşılanıb. 7-ci sinif şagirdi Səid Cümşüdov "Ölülər" əsərindən Kefli İsgəndərin monoloqunu göstərib.
N.Mehdixanlı və A.Heybətov məktəblilərlə görüşdən məmnun qaldıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed