Şrift:
Azərindən ermənilərin müdafiəsinə qalxan türkiyəli müğənniyə ŞİLLƏ KİMİ CAVAB
28.02.2017 [10:36] - Mədəniyyət
Uğur Işılak "Çırpınırdı Qara Dəniz" mahnısının erməni bəstəkara aid olduğunu iddia edib. Azərbaycanlı sənətçi Azərin həmin müğənnini bir cavabı ilə susdurub. Azərin "Çırpınırdı Qara Dəniz"in müəlliflərinin kimə aid olduğunu göstərən rəsmi sənədləri olduğunu və bu məsələdə heç bir mübahisəyə ehtiyac olmadığını vurğulayıb.

Azərin "Işlak çox böyük səhv edib, dərhal TÜRK xalqından və mahnının bəstəkarı və sözlərin müəllifindən üzr istəməlidir", - deyə cavab verib.

Azərin "Çırpınırdı Qara Dəniz" mahnısının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə böyük şair Əhməd Cavada aid olduğununu qeyd edib:

"Bu mahnı arxivlərdə və sənədlərlə mövcuddur. Mən yaşadığım müddətdə "Çırpınırdı Qara Dəniz" mahnısı "Sarı gəlin"lə eyni taleyi yaşamayacaq".

Qeyd edək ki, türkiyəli bəstəkar, şair, aparıcı və müğənni Uğur Işılak həm də siyasətlə məşğul olur. O, Ədalət və İnkişaf Partiyası (AKP) üçün musiqilər bəstələyib. Bundan başqa, Işılak 2015-ci ilin iyununda Türkiyədə keçirilən parlament seçkilərində Milli Məclisə deputat seçilib. Lakin 2015-ci ildə təkrar keçirilən millət vəkili seçkilərində namizəd olmayıb
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed