Şrift:
Dövlətçiliyə nurçuluq təhlükəsi
14.04.2012 [17:09] - Gənclik
Balalarımızın beyninə təhsildə yeridilən psixoloji əsarət – Sakit işğal

Qısa bir arayış: Siyasi hədəflər... Məqsədlər

Təriqət mənsubları – Nur Camaatı, əshabələr isə – Nur tələbələri adlanır. Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah Gülən tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri hədəflərinə çatana kimi “ılımlı və xoşgöru İslam” (mülayim və liberal İslam) görüntüsünü davam etdirməkdərirlər.
ABŞ dəstəyindəki Türkiyənin Xomeynisi Fətullah Gülən sisteminin məqsədi Turkiyə dövlət idarəçiliyini devirib, Osmanlı Xəlifətliyi coğrafiyası tipində dini (teokratik) dövlətə – Türk İslam Dövlətinə çevirmək, anayasanı (konstitusiya) dəyişmək əsasında şəriət dövləti qurmaq durur. İran İslam İnqilabı kimi Türkiyəyə biçilmiş işlər gedir. İran İslam İnqilabında xalq Xomeyninin istiqamətləndirməsində İslam İnqilabına inanmışdı. Sonra nə oldu, olan Xalqa oldu. Xalq haqq və hüquqlarından məhrum oldu. Nə qədər dövri mücadilələr edilsə də hədər oldu, nəticəsi olmadı. Turkiyəni “beşinci kolon” deyilən içdən parçalamaq yönündə Qərb – ABŞ birliyi Nurçuların rəhbərlərinə iqtisadi-maliyyə yardımını əsirgəmir. Perspektivdə “Kürdüstan” məsələsi qərarlaşıb. Qərb siyasi dairələri yaxşı bilir ki, Türk ruhunu öldürmək üçün dini əsarət Türkiyəni Qərbdən asılı salmağın, məqsədləri reallaşdırmağın ən yaxşı yoludur. Və beləliklə yol başladılar... Türkiyədə bu işin gerçəkləşməsinə rəvac verən, özünü Yaxın Şərqdə “Ərəb atası” kimi sərgiləyən Türkiyənin Qorbaçovu (ifadə Soylu Atalınındır) Ərdoğandır. Ərbakandan Ərdoğana Türkiyədə ciddi Ruhani Dirçəliş, Türk Ruhunun oyanması getməyib, tam tormozlanıb.
Nurçuluq Türkiyədə ordudan sonrakı ən güclü təşkilatlanmış şəbəkədir. Hakimiyyət sıralarına yol tapmaq, hakimiyyətdə təmsil olunan məmurlarla əlaqələr qurmaq, yeni tərəfdaşlar tapmaq, dövlət obyektlərində qərarlaşma Camaata tapşırıqlardandır. F. Gülən hərbi, hüquqi, təhsil və mülki təşkilatların ələ keçirilməsini vacib bilir. Ərdoğanın məqsədi də Türkiyənin əsrlərlə formalaşan Ordusuna əl qoymaqdır. Yüksək rütbəli hərbiçilərin həbsi, “Ərgənəkon” iddianaməsi, “Demokratik açılım”, “Kürd açılımı” sistemli işin davamıdır. Türkiyə ictimaiyyəti iqtisadi sıçrayış inkişafı ilə tovlanıb. Türkiyə ictimaiyyətinin yuxuya verilməsi, gözlərinin bağlanmasını da iqtisadi rifah çaşdırıb. Nurçuların kommersiya şirkətlərinin bu qədər uğurlu olması kommunist düşüncəsinə dayanır; özündən al, özünə ver.

Yasin Türksoy
Bu xəbər oxucular tərəfindən 2963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed