13.10.2011 [11:08] - Gündəm
Sənədlər oktyabrın 15-dən 25-dək qəbul ediləcək
“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı İctimai Teleradio 2012-ci ildə Bakıda keçiriləcək yarışmada Azərbaycan təmsilçisini müəyyən etmək üçün milli seçim turuna başlayır. İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədovun verdiyi məlumata görə, müsabiqə “Eurovision”un qaydalarına və tələblərinə uyğun aparılacaq.
T. Məmmədov bildirib ki, seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi də eyni dərəcədə nəzərə alınacaq: “Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənləri müsabiqəyə dəvət edirik. Müsabiqə iştirakçıları gözəl səsi, rəqs bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya müraciət edə bilər. Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir”.
Qeyd edək ki, 57-ci “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |