01.03.2017 [10:32] - DAVAMın yazıları
mart Nuri Paşanın əbədiyyətə qovuşduğu gündür
Nuri Paşa Hacı Əhməd oğlu Killigil (1889-90-02.03.1949)
1918-ci ilin martın əvvəlləri... Azərbaycanın düşünən başları sonralar ölkənin Baş naziri olacaq Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Gəncə şəhərində iclas keçirirlər. İclasda Osmanlı ordusunun zabiti Hüsaməddin bəy, Nağı bəy Şeyxzamanlı ilə bərabər, İttihadi-islam Partiyasından doktor Xudadat bəy Rəfibəyli, Sosialist Partiyasından Aslan bəy Səfikürdski də iştirak edirdilər. İclasda əsas məsələ Osmanlı qoşunlarının Azərbaycana dəvət edilib-edilməməsi idi. Müxtəlif məsələlərdə fikir ayrılığı olsa da, bu ümummilli məsələ olduğundan ortada fikir ayrılığından söhbət belə gedə bilməzdi. Müzakirələrdə Osmanlı ordusunun ölkənin xilası naminə dəvət edilməsi qərara alındı. Son dərəcə məsuliyyətli olan bu işi icra etmək Nağı bəy Şeyxzamanlıya həvalə edildi. Nağı bəy ləngimədən İstanbula yola düşdü. Təfsilata varmadan onu deyə bilərik ki, çox şükürlər, o, bu işi uğurla yerinə yetirdi.
Nağı bəy Şeyxzamanlı Osmanlı ordusunun rəhbərliyi qarşısında Azərbaycanda olan hərbi-siyasi vəziyyəti elə dəqiqliklə təsvir etdi ki, o vaxtlar Osmanlı imperiyasının siyasətini müəyyən edən əsas simalardan biri olan müdafiə naziri Ənvər Paşa həmin anda da Qafqaz İslam Ordusunun yaradılması haqqında qərar qəbul etdi və qardaş Azərbaycana kömək məqsədilə qoşun göndərməyi tapşırdı.
Martın 2-si Azərbaycan tarixinində xüsusən də hərb tarixində əbədi olaraq öz imzasını qoymuş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın dünyasını dəyişdiyi gündür.
Niyə Nuri Paşa?
1918-20-ci illər XX əsr Azərbaycan tarixinin 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazanana qədər ən az öyrənilmiş dövrüdür desək, yanılmarıq. Bəzən fikirləşirsən ki, nə yaxşı sovet dönəmində Azərbaycan tarixinin çox mühüm olan bu dövrünün öyrənilməsinə qeyri-rəsmi qadağa qoyulub. Ona görə ki, o dövrü oxucuya elə təqdim edəcəkdilər ki, sonra bir əsr vaxt lazım olacaqdı o yanlışlıqları düzəltmək üçün.
Məlumdur ki,Qafqaz İslam Ordusuna komandanlıq etməyi ilk olaraq şahzadə Fərruxa və Kazım Qarabəkir paşaya da təklif etmişdilər. Amma sonda bu Orduya komandanlıq Nuri paşaya həvalə olundu.
Nuri paşanın ölkəmizdəki fəaliyyətini öyrənmək baxımından Mehman Süleymanovun yazdığı “Nuri Paşa” kitabı qiymətli bir mənbədir. Orada Nağı bəy Şeyxzamanlının xatirələrinə də kifayət qədər yer verilib. O,Nağı bəy ki, Osmanlı qoşunlarının Azərbaycana dəvət etmək üçün məmur edilmişdi.
Əziz oxucu həqiqət budur ki, böyük nəticələr böyük arzu və istəklərdən qüvvət alır. Azərbaycan nümayəndəsi Nağı bəyin də səfəri belə arzu və istəklərdən özündə ehtiva edən səfərlərdən idi.
Nağı bəy özünün xatirələrində yazır ki, Ənvər Paşa ilə hər gün görüşürdü.
“Bir dəfə özümü toplayıb və Ənvər paşanın məni sevməsindən də istifadə edərək dedim: “Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allaha, aşağıda Ənvərə. Eşitdiyimə görə Sizin Nuri adında bir qardaşınız vardır.
Sizdən xahiş edirəm, Qafqaza gedəcək hərbi dəstənin başına Nuri paşanı təyin edəsiniz... Sizin Qazqaza gedəcək əsgərlərə komandir təyin etdiyiniz prinsi hər axşam “Pera Palas” hotelinin salonunda içki içib, rəqs edən görürəm. Qazqazda belə şeyləri xoşlamazlar”... Məni dinləyən Ənvər paşa “Çox yaxşı”- dedi. Sonra telefonu alaraq Qazqaza gedəcək zabitlərin içki içməyənlər olması, içki içməyəcəklərinə dair dillərindən kağız alınması üçün əmr verdi və mənə dedi: “Nağı bəy, Nuri çox cavandır, necə olsun?””.
Heç şübhəsiz ki, Ənvər paşanın Nuri paşanı əvvəlcə Azərbaycana göndərmək fikri olmamışdı. Nağı bəy Ənvər paşanın öz qardaşını necə komandan təyin etməsini öz xatirələrində qeyd edib.
“Ənvər paşa ertəsi gün məni qarşılayaraq dedi: “Bəli Nağı bəy, istədiyiniz baş tutdu”. Mən sevinərək dedim: “Paşam, çox sevindim və sabah bütün Qafqaz türkləri sevinəcəklər”... Bu vaxt içəri bir paşa daxil oldu. Ənvər paşa: “Bu da istədiyin Nuri”- deyərək bizi tanış etdi”.
Beləliklə Nuri paşa Nağı bəyin istəyi və Ənvər paşanın razılığı ilə Qafqaz İslam Ordusuna komandan təyin olundu.
Nuri paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Cəbrayıl-Ağdam-Tərtər və Yevlaxdan keçərək 25may 1918-ci ildə Gəncə şəhərinə gəlib çıxdı.
Öz döyüş yolunu Gəncədən başlayaraq ölkəmizin paytaxtı Bakı şəhərini düşmənlərdən azad edənə qədər sözün həqiqi mənasında qəhrəmanlardan təşkil edilmiş bu ordu, Nuri paşanın rəhbərliyi altında Göyçay, Qaraməryəm, Müsüslü, Kürdəmir, Şamaxı, Sığırlı, Hacıqabul, Qarasu kimi onlarla yaşayış məntəqəsini qəddar düşmənlərdən azad etdi. Bu döyüşlərin içərisində Qaraməryəm uğrunda iyunun 27-30-u arasında olan savaş xüsusi əhəmiyyət kəsb edirdi və qalan digər döyüşlərin qələbə ilə nəticələnməsində istinad rolunu oynadı.
Qafqaz İslam Ordusu ölkəmizi təkcə bolşevik-daşnak quldurlarından azad etmədi, həm də Azərbaycana o dövr üçün ciddi sayıla biləcək qayda-qanun gətirdi.
Yazıçı Manaf Süleymanov özünün “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, “Bir çörək satanın müştərilərdən bir şahı artıq aldığına görə qulağını dükan qapısına mıxlamışdılar”.
Müəllif başqa bir yerdə qeyd edir ki, “Bir dəfə daha böyük komandirin acığı tutmuşdu. Stolun dalından dikəlib üzbəüz oturmuş bizim komandirin iki tərəfdən bığlarından yapışaraq göyə qaldırdı, zərblə yerə çırpdı: “Yahu, islam övladlarını gavura hədəfə çevirmək istəyirsənmi?” qışqırdı”.
29 yaşlı bir paşa nə edə bilərdisə Nuri paşa ondan artığını cəmi 160 gün müddətinə edə bildi. O, həm qocaman Osmanlı rəhbərliyinin, həm də Azərbaycan türklərinin ümidlərini doğruldaraq, öz adını həm tarixə, həm də hər bir Azərbaycan türkünün qəlbinə yazdı.
2012-ci ilin fevral ayında türk kinosu tarixində ən böyük büdcəyə malik olan və İstanbulun fəthindən bəhs edən “Fetih 1453” adlı film ekranlara çıxdı. Orada bir yerdə qeyd edilir ki, “Peyğəmbər əfəndimiz buyurdu ki, Konstantiniyyə əlbət bir gün fəth olunacaqdır. Onu fəth edən komandan nə gözəl komandan, onun əsgəri nə gözəl əsgərdir”.
Bəli bir gün müqəddəs Qarabağ torpaqlarımız erməni-rus işğalından azad ediləcək. Onu azad edən komandan nə böyük komandan, o əsgər nə gözəl əsgərdir. Və heç şübhəsiz O komandan bundan sonrakı tariximizdə ən azından Nuri paşa qədər seviləcəkdir. Allah o əsgərlərin əqlini iti, qolunu qüvvətli etsin. Onda heç şübhəsiz Nuri paşanın da ruhu sevinəcəkdir. İnşallah!!!
Asif Mehdiyev

Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |