01.03.2017 [14:25] - İdman
Bu il aprelin 27-dən mayın 7-dək Baham adalarının paytaxtı Nassauda keçiriləcək çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin püşkü atılıb.
Çempionatın final mərhələsində 16 komanda dörd qrupda mübarizə aparacaq. Mundialda FIFA-nın Asiya Futbol Konfederasiyası (AFC) 3, Afrika Futbol Konfederasiyası (CAF) 2, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Konfederasiyası (CONCACAF) 3, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 3, Okeaniya Futbol Konfederasiya (OFC) 1, UEFA isə 4 komanda ilə təmsil olunur. Asiya qitəsi üzrə seçmə mərhələ başa çatmadığından çempionatda AFC-ni hansı komandaların təmsil edəcəyi hələ müəyyənləşməyib.
Püşkün nəticələrinə əsasən, ev sahibi Baham adalarının komandası “A” qrupunda İsveçrə, Ekvador və Seneqal yığmaları ilə eyni qrupda çıxış edəcək.
“B” qrupunda Nigeriya, İtaliya, AFC-1, Meksika komandaları yer alıblar.
“C” qrupunda AFC-2, Paraqvay, Portuqaliya və Panama milliləri qarşılaşacaqlar.
Sonuncu – “D” qrupunda isə Braziliya, Tahiti, AFC-3 və Polşa yığmaları üz-üzə gələcəklər.
Xatırladaq ki, 2015-ci ildə Portuqaliyada keçirilmiş mundialda ev sahibləri Tahiti yığmasına 5:3 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanmışdı. Üçüncü yer uğrunda görüşdə isə Rusiya millisi İtaliyanı məğlub etmişdi - 5:2.

Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |