01.03.2017 [14:25] - İdman
Martın 4-də Saxa Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə 5-ci beynəlxalq turnir start götürəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
İki gün davam edəcək turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə Şahin Muxtarov (50 kq), İntiqam Vəlizadə (55 kq), Rəşad Yusifli, Abubakr Abakarov (hər ikisi 74 kq) və Asxab Həmzətov (96 kq) yollanacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, martın 4-də 50, 60, 74, 96, martın 5-də isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparacaqlar.

Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |