01.03.2017 [14:28] - Mədəniyyət
Sankt Mixael Oğlanlar Xorunun otuz altı nəfərdən ibarət heyəti Azərbaycanın Almaniyadakı səfirliyində qəbul edilib və ölkəmiz haqqında təqdimat keçirilib.
9-29 yaş arasında olan gənclərdən ibarət Sankt Mixael Oğlanlar Xoru Ştutqart şəhəri yaxınlığında yerləşən Qmünd əyalətindəki yerli katolik kilsəsinin xor kollektividir.
Əvvəlcə Almaniyadakı səfirimiz Ramin Həsənov tədbir iştirakçılarını salamlayıb, onlara Azərbaycana və səfirliyin işinə göstərdikləri marağa görə təşəkkür edib.
Səfirliyin üçüncü katibi Vüqar Qafarov tədbirdə Azərbaycan haqda təqdimat edib. O, tədbir iştirakçılarına ölkəmizin coğrafiyası, siyasi sistemi, tarixi, beynəlxalq münasibətləri, Almaniya ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Ölkəmizdə alman irsinin qorunması üçün görülən işləri, alman məskənlərinin iki yüz illiyi münasibətilə Azərbaycan Prezidentinin imzaladığı Sərəncamı, Azərbaycanda mövcud olan multikulturalizm və dini tolerantlıq mühitini, Roma Papasının ölkəmizə səfərini vurğulayıb.
Sonra tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçılarının ölkəmizin daxili və xarici siyasəti, Azərbaycan-Almaniya əlaqələrinə dair çoxsaylı sualları cavablandırılıb.
Vüqar Seyidov

Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |