Şrift:
Azərbaycan Cüdo Federasiyası Naxçıvanda seminar keçirib
02.03.2017 [10:15] - İdman
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında məşqçilər və idmançılar üçün seminar keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar.
ACF-nin baş katibinin müavini Sahib İsmayılov, "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәyin lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb.
Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli yanvarda Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.
Qeyd edək ki, artıq ənənə halını almış və bütün bölgələrdə keçirilən seminarlarda əsas məqsəd Azərbaycanda cüdonun daha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed