02.03.2017 [10:16] - İqtisadiyyat
Tacikistan prezidenti Emomali Rahmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri quru və dəniz yollarını birləşdirməyə çağırıb.
Bunu o İƏT-in Pakistanın paytaxtı İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı bildirib.
E. Rahmon qeyd edib ki, bu il Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstanın təşkilata üzv olmasının 25 ili tamam olur. Prezident əlavə edib ki, bunun sayəsində qurumun coğrafiya və potensialı əhəmiyyətli dərəcədə genişlənib. O qeyd edib ki, bu dövr ərzində tərəflər arasında əməkdaşlıq üçün hüquqi əsas, qarşılıqlı ticarət, insanların və tranzit-nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlverişli şərait yaranıb.
"Biz təşkilat çərçivəsində öz imkanlarımızdan istifadə edərək nəqliyyat dəhlizlərinin yaradılması vasitəsi ilə quru və dəniz yollarımızı birləşdirə bilərdik. Biz bununla iqtisadi artım və sosial problemlərin həlli prosesinin irəliləməsinə imkan yaratmış olardıq", — deyə o əlavə edib.
İƏT 1985-ci ildə təsis edilib. Onun üzvləri sırasına İran, Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |