Şrift:
Azərbaycan prezidenti: "İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır"
02.03.2017 [10:16] - İslam dini
"Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik".
Bunu Azərbaycan Prezidentiİlham Əliyevİqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Pakistanda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib.
O bildirib ki, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır:
"Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik".
İlham Əliyev Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini əlavə edib.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed