Şrift:
Marneulidə “Ana dili” Gününə həsr olunan tədbir keçirilib
16.04.2012 [11:26] - Borçalı
MDHP Borçalı departamentinin məlumatına görə, Aprelin 14-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki Ata Holdinq idman sarayının qarşısında Gürcüstanda hər il ənənəvi şəkildə keçirilən “Ana dili” Gününə həsr olunan tədbir keçirilib.Tədbir Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının (GAGİ) təşkilatçılığı ilə baş tutub. “Ana dili” Günü tədbirini GAGİ-nin sədri Leyla Məmmədova açaraq bu əlamətdar günün hər il Gürcüstanda vacib tədbir kimi qeyd edildiyini bildirib. “Bu gün həm gürcülər, həm də azərbaycanlılar üçün yaddaqalan və maraqlı tədbirdir. Biz azərbaycanlı gənclər Gürcüstanı, onun mədəniyyətini, tarixini, ədəbiyyatını və ən başlıcası, dilini sevməli, bilməli və bu dili mükəmməl öyrənərək ölkənin ictimai-siyasi həyatında fəal çalışmalı, dövlətçiliyin möhkəmləndirilməsinə öz töhfələrini verməlidir. Bizim ana dilimiz Azərbaycan dilidir, lakin biz Gürcüstanda dövlət dili olan gürcü dilini də öz ana dilimiz kimi sevməliyik.”
Tədbirdə GAGİ-nin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər”dərnəyin üzvləri olan ibtidai və yuxarı sinif şagirdləri gürcü dilində şeir, mahnı və rəqslərlə Gürcüstanı və gürcü dilini sevdiklərini nümayiş etdiriblər.
Sonda müxtəlif müsabiqələrdə qələbə qazanan gənclərə həvəsləndirici hədiyyələr təqdim olunub və gənclər birlikdə Gürcüstanın dövlət himnini ifa ediblər.
Bu xəbər oxucular tərəfindən 1354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed