Şrift:
Böyük Britaniyada MDB üzrə nazir postu yaradıla bilər
02.03.2017 [10:19] - Gündəm, İqtisadiyyat
"Azərenerji" ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir. Bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) yaydığı məlumatda deyilir.

"2016-cı ilin dekabrında "Azərenerji" ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik", - deyə agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı "Azərenerji" ASC-nin maliyyə nəticələrinə təsir etməyib: "Bizim proqnozlarımıza əsasən, şirkətin əməliyyat fəaliyyəti gəlirli olacaq. Buna baxmayaraq, ümumilikdə şirkət zərərlə fəaliyyət göstərməyə davam edəcək".
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed