02.03.2017 [10:20] - Xəbərlər, İqtisadiyyat
“Lukoyl” neft şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov 2017-ci ilin ən zəngin 500 iş adamının siyahısında yer alıb.
Hazırda milyarderin 11,4 milyard dollar sərvəti var. Hazırda o, dünyanın ən zəngin 104-cü iş adamıdır.
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili 5,52 milyard dollar sərvətlə dünya zənginləri arasında 276-cı pillədə qərarlaşıb. Məşhur milyarder Roman Abramoviç 10,8 milyard dollar 115-ci pillədə yer alıb.
Dünyanın ən zəngin insanı növbəti dəfə Bill Geyts seçilib. Microsoft-un yaradıcısının 85,2 milyard dolar sərvəti var. Növbəti pillələrdə Uorren Baffet (77,2 milyard dollar), Cef Bozes (73,1 milyard dollar), Amansio Orteqa (68,5 milyard dollar) və Mark Zukerberq (58,5 milyard dollar) yer alıb.
Vüqar İSMAYILOV

Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |