Şrift:
Azərbaycanlı FİFA referisi UEFA Gənclər Liqasının 1/4 final matçına təyinat alıb
02.03.2017 [13:49] - İdman
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb. Gənc beynəlxalq dərəcəli baş hakim Rusiyanın paytaxtı Moskvada MOİK və Portuqaliya "Benfika"sı arasında keçiriləcək ilk 1/4 final matçını idarə edəcək.
Ona Rza Məmmədovla Akif Əmirəli yan xətt hakimləri qismində yardımçı olacaqlar. 4-cü hakim funksiyasını rusiyalı Aleksandra Ponomaryova, hakim-inspektor Yuri Baskakov, UEFA nümayəndəsi isə qazaxıstanlı Oljas Abrayevdir.
Qeyd edək ki, martın 7-də "Oktyabr" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed