16.04.2012 [11:42] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanlı fəal Abdullah Zarei Məhkəmə tərəfindən cərimə ödəməyə məhkum edilib.Məlumata görə, azərbaycanlı fəal 500000 tümən cərimə ödəməlidir.Qeyd edək ki, Zarei “Traxtur-Damaş” müsabiqəsi zamanı stadiona (stadyom) daxil olarkən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və heç bir suç işləmədiyi üçün stadionun şüşələrini qırmaqda ittiham edilmişdir. Halbuki, stadionda şüşə olmayıb.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2010-cu il aprelin 2-i (1389-cu il fərvərdinin 13-ü) təbiət günü mərasimlərində tutuqlanıb və sonra bəraət qazanmışdır.
Bu xəbər oxucular tərəfindən 1057 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |