02.03.2017 [15:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistanın daxilində sosial gərginlik, hakimiyyətdən ciddi narazılıq hökm sürür. Artıq orada Dağlıq Qarabağın Ermənistana məxsus olmadığı və Qarabağı qaytarın şüarı ilə çıxışlar edilir. Bundan narahat olan düşmən ölkə son günlər cəbhədəki gərginlik zamanı itkilərinin sayını belə gizlədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistan əhalisinə bombalardan müdafiə üçün sığınacaqlarla bağlı xəbərdarlıq da edilib: “ Belə bir vəziyyətdə Ermənistan itkilərinin sayını açıqlasa əhali birmənalı olaraq Sarkisyanın hakimiyyətdən getməsi ilə bağlı fikirlərini irəli sürəcək. Ümumiyyətlə isə Ermənistan itkiləri gizlətmək artıq adət halını alıb”.
Deputat qeyd edib ki, Emənistanı itkiləri gizlətməyinin digər səbəbi onlarının əksəriyyətinin muzdlulardan ibarət olmasıdır: “Bilirsiniz ki, düşmən ölkə cəbhə xəttində daha çox muzdlulardan istifadə etdiyi üçün onları asan şəkildə gizlədə bilir. Çünki onlar heç bir yerdə qeydiyyatda deyillər və onların ölümü nə Ermənistan hakimiyyətini, nə də cəmiyyəti maraqlandırmır”.
“Bilirsiniz ki, Ermənistanda İrəvandan gedən əsgərlər döyüşmək üçün Azərbaycan ərazilərinə gətirilir. Bu da gələcəkdə həm fərrariliyə, həm də insanların əsgərlikdən yayınmasına gətirib çıxara bilər. Bütün bunları gözə alan Ermənistan itkilərini gizlətməyə üstünlük verir. Düşmən ölkə nə qədər gizlətməyə çalışsa da, yayılan görüntülərdən də görünür ki, onlar xeyli sayda itki veriblər və bu say getdikcə daha da artacaq”- deyə, F. Quliyev vurğulayıb.
Milli Məclisin üzvü bildirib ki, Rusiya nə qədər Ermənistan ərazisində manevrlər, təlimlər keçirsə də Azərbaycan dövləti istənilən halda, şərəf və ləyaqətini qorumağa hazırdır: “ Azərbaycan heç kimin ərazisizə müdaxilə etmir, ölkəmiz torpaqlarının geri qaytarılması istiqamətində mübarizəsindən geri dönməyəcək. Ölkəmiz ədalətli tərəfdir və hesab edirik ki, heç bir ölkə Ermənistanın arxasında dayanmalı deyil. Çünki Ermənistanın öz əhalisi belə Sarkisyanın arxasında dayanmır”.
Deputat əlavə edib ki, Ermənistanda baş verənlər nəticə etibarı ilə oradakı rejimin dəyişməsi ilə nəticələnəcək: “Lakin bu dəyişmə təkcə Ermənistan əhalisinin istəyinə bağlı deyil. Rusiya oradakı rejimi başqa insanlarla əvəz edəcək. Amma Ermənistandakı gərginlik davam edəcək, sosial, iqtisadi vəziyyətləri daha da pisləşəcək. Düşmən ölkə müharibədə uduzmuş tərəf kimi geri çəkilmək məcburiyyətindədir lakin ağalarının istəyi ilə dirəniş göstərirlər. lakin nəticə Azərbaycanın xeyrinə olacaq”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |