Şrift:
Keçmiş OMON-çular əfv üçün prezidentə müraciət edib
03.03.2017 [11:05] - Gündəm, Hüquq
"21 ildir cəza çəkən keçmiş OMON-çular prezidentə müraciət edib". Bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə məlumat yayıb.
Vəkil bildirir ki, Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv edilmək üçün Prezident İlham Əliyevə müraciət edib: "Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 10 dekabr 1996-cı ildən həbsdədirlər. Dəfələrlə adları yerli və beynəlxalq səviyyədə hazırlanan siyasi məhbuslar siyahısına düşsələr də, azadlığa buraxılmayıblar. Cəza çəkdikləri müddətdə heç vaxt intizam pozuntusuna yol verməyiblər. Artıq hər üçü ağır xəstədir, yaşamaq ümidləri azdır.
Ümid edirik ki, bu əfv fərmanı onlara da şamil olacaq və haqları olan azadlıqlarına qovuşacaqlar".
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed