16.04.2012 [11:55] - Güney Azərbaycan xəbərləri
Tanınmış öyrənci fəal Aydın Xacei həbs müddətini başa vurduqdan sonra Təbriz zindanından azadlığa buraxılıb.Xacei 2010-cu il mayın 19-u (1389-cu il ordibeheştin 29-u) May Qiyamının (Xordad Qiyamı) ildönümü ərəfəsində yaxalanıb və Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 160 gün işgəncələr altında saxlanılıb və sorğu-suala tutulub. O, 2010-cu il oktyabrın 25-i (1389-cu il abanın 3-ü) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb və Təbrizin inqilab məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilib.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal öyrəncilik dönəmi müxtəlif qurumlarda aktiv iştirak edib. O, Öyrənci Hərəkatının tanınmış simalarından biridir.
Bu xəbər oxucular tərəfindən 1448 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |