Şrift:
Naxçıvanda yeniyetmə cüdoçuların birinciliyi keçirilib
03.03.2017 [11:13] - Gündəm, İdman
Naxçıvanda 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikasının birinciliyi keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 4 klubdan ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası, Tələbə İdman Klubu Naxçıvan, Şərur və Culfa klublarını təmsil edən iştirakçılar 10 çəki dərəcəsində yarışıblar. -30 kq, -34 kq, -38 kq, -42 kq,- 46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq və +66kq çəki dərəcələrində bütün qaliblərə medallar, Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed