Şrift:
Halal olsun Qurbanqulu
16.04.2012 [12:10] - Türk dünyası-Turan
Oğluna yaxşı tərbiyə verməmisən ki, o avtoqəzada öldü

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov sədrliyi ilə keçirilən hökumətin iclasında daxili işlər naziri İsgəndər Mulikov iqtidarda təmsil olunan şəxslərin övladlarının iştirak etdikləri məlum olan avtoqəzalarla bağlı məlumat verb. İclasa sədrlik edən Qurbanqulu Berdiməhəmmədov hökumətdə təmsil olunan vəzifəli şəxslərin övladlarına ciddi tərbiyə verməsinin vacib olduğunu bildirib və bu uşaqların əxlaq və tərbiyyədə geridə qalmaları ilə bərabər, elm və təhsildə də savadsız olmaları cəmiyyətə mənfi təsir göstərdiyini bildirib. Berdiməhəmmədov Elektrik Sənayesi naziri Yarməhəmməd Orazquliyevi Türkmənistan Poltexnik Universitetinin tələbəsi olan və bir müddət əvvəl avtoqəzada həlak olan oğluna görə, Yarməhəmməd Orazquliyevi “pis ata” olduğunu bildirərərk vəzifəsindən azad edib. Nazir isə vəzifədən çıxarılmasına görə deyil, ölən oğlunun avtoxüliqanlıq hərəkətlərinə görə, həm prezidetdən, həm də türkmən xalqından üzür istəyib. Qeyd edək ki, bizdə bakıda axşamlar vəzifəli şəxslərin övladları bahalı avtomobilləri ilə avtoşluq etsələrdə, onlara gözün üstündə qaşın var deyən yoxdu.
Bu xəbər oxucular tərəfindən 1282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed