03.03.2017 [13:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Bunlar dağıdıcı müxalifətdir ki, ağaları tərəfindən istifadə olunur və onların təlumatlarını yerinə yetirirlər"
Məlum olduğu kimi, cəbhədə baş verən son erməni təxribatından sonra, dağıdıcı müxalifət sosial şəbəkələrdə ordumuz əleyhinə açıqlamalar yayır, müəyyən təxribat xarakterli fikirlər ortaya qoyurlar. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "Səs" qəzetinə açıqlamasında dağıdıcı müxalifətin hərəkətlərini erməni dəyirmanına su tökmək kimi qiymətləndirdi: "Xarici dövlətlərin əlində oyuncaq olan, qranta işləyən və milli dəyərləri satmağa hazır olan dağıdıcı müxalifət var. Həmin dağıdıcı müxalifət ölkəmizin əleyhinə çıxış edir və cəbhədə baş verən erməni təxribatından özünün mövqeni bərkitmək üçün bu cür hərəkətlərə əl atır. Bir sözlə, dağıdıcı müxalifət ölkənin əleyhinə çıxış edir və bu gün də onu davam etdirir".
F.Quliyevin sözlərinə görə, dünyada qlobal bir iqtisadi böhran baş verəndə də, dağıdıcı müxalifət ölkəmizə qarşı qara piyar kampaniyası aparıb: "Dağıdıcı müxalifət cəbhədə gedən savaşda da, seçkilər öncəsi gedib başqa bir dövlətin paytaxtında Valodyanın göstərişi ilə "Milli Şura" yaradıb yenə də ölkəmizin əleyhinə çıxış edib. Mən onları ölkənin əleyhinə çıxış edən qüvvə kimi tanıyıram. Müharibə şəraitində belə hərəkətlərə qətiyyən yol vermək olmaz. Bu, vətənə xəyanətdir. Ölkə savaş içərsindədir və bu baxımdan, hər kəs vətənin müdafiəsi uğrunda çalışmalır. Yəni milli məsələlərdə hakimiyyət - müxalifət mövqeyi olmamalıdır. Çünki bu, vətən mövzusudur. Kimliyindən asılı olmayaraq, hər kəs savaşa hazır olmalı, ölkənin daha da qüdrətlənməsi üçün ayaq üstə olmalıdır. Əks- mövqe tutanlara qarşı da yumşaq davranmaq da lazım deyil. Belə şəxslər mütləq qanun qarşısında cavab verməlidirlər".
"Dağıdıcı müxalifətin cəbhədə baş verən erməni təxribatından sonra bir qədər fəallaşmasının arxasında xarici maraqlı qüvvələrin onlara müəyyən göstərişi dayana bilərmi" sualına cavab olaraq, F.Quliyev bildirdi ki, düşmən şəbəkə ölkəmizə qarşı hərbi əməliyyatlardan əvvəl, informasiya savaşı da aparır, təxribat etməyə də cəhd edir, ölkəmizdə olan satqınlardan balta sapı düzəltməyə də çalışır və onlara məlumatlar da verirlər. Bunlar o dağıdıcı müxalifətdir ki, ağaları tərəfindən istifadə olunur və onların məlumatlarını yerinə yetirir".
"Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimilər milli maraqlarımıza zərbə vuran mövqe sərgiləməklə, nə əldə etməyi düşünürlər" sualına cavab olaraq, F.Quliyev onu bildirdi ki, kimliyindən, hansı statusundan və hansı mövqeyindən asılı olmayaraq, bizim üçün ölkənin maraqlarına xidmət edənlər dostlarımızdır, ölkənin maraqlarına xəyanət edənlər isə düşmənlərmizdir və onlar qarşılarında bizləri görərlər: "Bizim üçün kimin nə deyəcəyinin yox, hansı fikri, hansı əməli ortaya qoymaları maraqlıdır. Milli maraqlara zidd olan hər kəsin və hər təşkilatın qarşısındayıq. Belə hərəkətlər hansı formada olursa-olsun zühur edirsə o ölkə maraqlarına ziddir və elədiyi hərəkətə görə də hər kəs həm ictimaiyyət tərəfdən ictimai qınaq almalıdır, həm də qanunlar qarşında cavab verməlidir".
GÜLYANƏ

Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |