Şrift:
Azərbaycandan İrana ilk sınaq qatarı gedib
04.03.2017 [10:23] - Gündəm, İqtisadiyyat
Azərbaycandan iki ölkənin dəmir yolları şəbəkəsini birləşdirən Astara (Azərbaycan) – Astara (İran) dəmiryolu xətti üzərindən İrana ilk sınaq qatarı gedib.
Tədbirdə hər iki şəhərin icra başçıları, sərhəd zastavalarının rəhbərləri iştirak ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-dən isə bildiriblər ki, dəmiryolu xəttinin rəsmi açılış mərasimi martın 6-da baş tutacaq.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed