Şrift:
NATO-nun 1-ci böyük ordusu ABŞ-ındırsa, 2-ci kimindir?
16.04.2012 [17:45] - Türk dünyası-Turan
NATO-nun rəsmi məlumatına görə, 28 üzvü olan təşkilatın cəmi əsgər sayı 3,5 milyondan çoxdur.

NATO içində ən böyük orduya 1 milyon 427 min əsgərlə ABŞ sahibdir. Türkiyə Silahlı Qüvvələrinin 720 min ətrafında olan hərbi heyətinin 495 mini NATO daxilində sayılır.

Bu halda NATO-nun ikinci böyük ordusu Türkiyəyə məxsusdur. Üçüncü sırada 227 min əsgərlə Fransa gəlir. NATO-da əsgər sayına görə, sonrakı sıralamada 205 min hərbçi ilə Almaniya, 192 minlə İngiltərə və İtaliya, 127 minlə İspaniya, 124 minlə Yunanıstan və 100 minlə Polşa yer tutur.

Beləcə NATO-nun Avropadakı əsgər sayı 2 milyon 27 min nəfər və Şimal Amerikadakı əsgər sayı 1 milyon 487 min nəfər olaraq hesablanır. NATO-nun Avropadakı əsgərlərinin təxminən dörddə birini Türkiyə təmin edir.

NATO içində ən çox “əsgəri xərcləməyi” açıq fərqlə ABŞ edir. Digər 27 İttifaq üzvünün “əsgəri xərcləmələrinin” cəmi ABŞ-ınkının yarısına çatmır.

2011-ci ildə 731,9 milyard dollar əsgəri xərcləmə edən ABŞ-ı 63,6 milyard dollarla İngiltərə, 53,4 milyard dollarla Fransa, 48,1 milyard dollarla Almaniya, 30,2 milyard dollarla İtaliya və 23,7 milyard dollarla Kanada izləyərkən, Türkiyə 14,5 milyard dollarla 7-ci sıranı tutur. Əsgəri xərcləmələrdə İspaniya 14 milyard dollarla, Hollandiya 11,3 milyard dollarla və Polşa 8,9 milyard dollarla ilk 10-luğa daxildir.
Bu xəbər oxucular tərəfindən 1359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed