04.03.2017 [10:40] - Gündəm, Hüquq
Milli Məclisin martın 7-də keçiriləcək plenar iclasının gündəliyinə “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilməsi daxil edilib.
Bu qanun layihəsində hansı dəyişikliklər ediləcək?
Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli açıqlama verib.
Tahir Kərimli bildirib ki, dəyişikliklərin məqsədi telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etməkdən, elektron təhlükələrin və kiberhücumların qarşısını almaqdan, bu hücumların mənbələrini müəyyən etməkdən, bu məqsədlərlə internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaqdan, onların vəzifələrini və məsuliyyətini müəyyən etməkdən, fəaliyyətlərini tənzimləməkdən və telekommunikasiya sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.
Belə ki ,dəyişikliyə əsasən internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır. Operatorların və provayderlərin vəzifələri nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etməkdən ibarətdir. Bu müddəaların pozulmasına görə cəza nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |