Şrift:
Tarix Muzeyinə etnoqrafik material təqdim edildi
04.03.2017 [11:14] - Gündəm, Mədəniyyət
Milli adət-ənənələrimizin öyrənilməsində mühüm rol oynayan Tarix Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsi vətəndaşların təqdim etdiyi yeni materiallar hesabana daim zənginləşir. Muzeydən "Olaylar" - a bildirilir ki, bu materiallar dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdi.

Belə ki, Bakı şəhəri sakini R.Hüseynov tərəfindən Muzeyə XIX əsrin birinci yarısına aid etnoqrafik eksponat - çul təqdim olunub. Yundan olan çul zil texnikası ilə hazırlanıb. Qara rəngli eksponatın üzəri quş təsvirləri, aşağı hissəsi isə hörmə qotazlı saçaqllarla bəzədilib. Çulun yuxarı hissəsində ərəb əlifbası ilə h. 1251 (1835/1836) tarixi də qeyd olunub.

Etnoqrafiya fonduna daxil olmuş bu etnoqrafik materialdan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi tədqiqatlarda mənbə kimi də istifadə olunucaq.
Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed