06.03.2017 [10:21] - İdman
Almaniya milli komandasının futbolçusu Marko Roys 2018-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə oyunda iştirak etməyəcək.
Buna səbəb Dortmund "Borussiya"sının 28 yaşlı yarımmüdafiəçisinin Almaniya çempionatının XXIII turunda "Bayer"lə görüşdə zədələnməsidir.
"Borussiya"nın 6:2 hesabı ilə qalib gəldiyi oyunda rəqib futbolçu ilə mübarizə zamanı bud nahiyəsindən xəsarət alan M.Roys 44-cü dəqiqədə Kristian Pluşiçlə əvəzlənib.
Bir ay yaşıl meydanlardan kənarda qalacaq futbolçu martın 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Portuqaliyanın "Benfika" klubuna qarşı forma geyinməyəcək. O, həmçinin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçında da iştirak etməyəcək.
Qeyd edək ki, Almaniya millisinin və Dortmund "Borussiya"sının digər üzvü Mario Götse də zədə səbəbi ilə Azərbaycanla oyunu buraxacaq.

Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |