Şrift:
Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnir keçirilib
16.04.2012 [18:23] - İdman
Astara Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə XXXV ənənəvi beynəlxalq turnir keçirilib.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 5 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstandan 200 nəfərə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Müdafiə Nazirliyinin məsul işçısı polkovnik Abdulla Qurbani və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından və hər il ənənəvi olaraq keçirilən bu turnirin cudonun inkişafı üçün önəmli yerin tutmasından, turnirin ildən-ilə daha da maraqlı keçirilməsindən danışıb və idmançılara uğurlar arzulayıblar. Yarışın nəticələrinə görə, ümumi komanda hesabaında Azərbaycan birinci, Gürcüstan ikinci, Qazaxıstan üçüncü, Rusiya komandası isə dördüncü yerləri tutub. Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 1872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed