06.03.2017 [10:45] - Gündəm, Sağlıq
Qışda orqanizmin itirdiyi vitaminlər yazda müəyyən xəstəliklərin aktivləşməsinə səbəb olur. Bu mövsümdə baş qaldıran allergiya, həzm sistemi xəstəlikləri, sistit, sinusit və s. kimi xəstəliklər daha çox immun sistemi zəif insanlarda aktivləşir. Mütəxəssislər yazda xəstəliklərlə mübarizə apara bilmək üçün sağlam həyat tərzinin vacibliyini vurğulayırlar.
Terapevt Eşqin Əliyev bildirir ki, yaz aylarında orqanizmdə baş verən dəyişiklik daha çox yaşlı və immun sistemi zəif olan insanlarda özünü göstərir: “İmmun sisteminin zəifliyi qışda vitamin balansının azalması ilə ortaya çıxır. Bununla da halsızlıq yaranır, xəstəliklərə qarşı mübarizə zəifləyir. Bu fəsildə vitaminli qidalar az olmaqla yanaşı, onlardan istifadə də azlıq təşkil edir. Günəş şüasının tərkibində də vitaminlər var. Lakin qışda Günəş şüası həddən artıq az olduğu üçün bu da D vitamininin itkisinə, uşaqlarda raxitlik xəstəliyinin inkişafına səbəb ola bilir”.
Həkim mövsümlə əlaqəli dəridə çatların yaranması, toyuq korluğu kimi xəstəliklərin A vitamini çatışmazlığından irəli gəldiyini deyir. Bildirir ki, A vitamini yerkökü, kələm, ispanaq, balıq kimi qidalarda mövcuddur.
Həkimin sözlərinə görə , B və C vitaminlərinin çatışmazlığı isə bu xəstəliklərin yaranmasına səbəb olur: “B vitamini orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizimdə bu vitamin olmadıqda ağır avitaminoz "beri-beri" (yuxusuzluq) xəstəliyi yaranır.
Ağız boşluğunda müxtəlif növ yaralar, qanayan diş ətləri, diş çürümələri isə C vitamini çatışmazlığından irəli gələn “Skorbut” xəstəliyinin xəbərçisi ola bilər”.
Mütəxəssislərin fikrincə, dərinin quruması, qabıq verməsi, gözlərin qızarması avitaminoz əlamətlərinə daxildir. E.Əliyev deyir ki, avitaminoz əlamətlərində dodaq quruması, çatlaması, dırnaqların tez-tez qırılması, saçların tökülməsi halları da müşahidə olunur.
İnsan orqanizminin zəifliyindən göbələk xəstəliyinin yarandığını deyən terapevt mövsümlə əlaqəli saçlarda yaranan kəpəyin göbələk xəstəliyinin bir növü olduğunu qeyd edir.
Həkim A, B, C, D vitaminləri qəbul etməyin lazım olduğunu vurğulayır və bu vitaminləri təbii şəkildə qəbul etmək üçün qış meyvə-tərəvəzlərindən bol-bol, ən azı həftədə 1 dəfə istifadə etməyi, təmiz havada gəzməyi, idmanla məşğul olmağı məsləhət görür.
Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə mütləq həkimə müraciət etməlidirlər.

Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |