06.03.2017 [10:46] - DAVAMın yazıları
Bugün İosif Stalinin ölüm günüdür. Uzun illər SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalinin ölümündən 64 il ötsə də, müəmmalı ölümün sirləri hələ də tam açılmayıb. Üzərində “tam məxfi” yazılmış qovluqlar açıldıqca məsələ ilə bağlı yeni mətləblər üzə çıxır.
Həqiqətənmi İosif Stalin 1953-cü ilin martın 5-də Moskva şəhərində ölüb? Rəsmi olaraq bu belədir. Ancaq digər versiyalar bu tarixi təkzib edir.
Bir qrup tarixçilərin tədqiqatlarına görə, Stalini 1953-cü ilin fevralın 28-də başda Lavrenti Beriya olmaqla yaxın silahdaşları zəhərləyiblər. Mövcud dövrdə Stalinin yaxın günlərdə amansız kadr təmizliyi keçirəcəyi onları bu işə vadar edib.
Tanınmış tarixçi Avtorxanov belə versiya irəli sürüb ki, Stalini aradan götürmək üçün xüsusi plan hazırlanıb. 1953-cü ilin əvvəllərində Beriya Malenkovu, Xruşovu və Bulqanini öz bağına dəvət edib. Görüşdə iki plan üzərində ciddi fikir mübadiləsi aparılıb.
Birinci “Kiçik” plan adlandırılıb ki, bu plana görə Stalinin səhhətində ciddi problem yaranmalı, o bir anda yox, amma qısa vaxtdan, bir neçə gündən sonra ətrafındakı xidmət personalının və həkimlərin şahidliyi ilə ölməlidir.
İkinci plan “Optimal” adlandırılıb. Bu plana görə isə Stalinin ən çox vaxtını keçirdiyi “Blijni” adlandırılan bağında partlayış törətmək olub. Nəzərdə tutulub ki, partlayıcı maddələr ərzaq məhsulları daşınarkən bağa gətirilsin və təkcə Stalinin otaqları deyil, bağda yerləşən digər xidməti tikililər də partladılsın ki, şahidlər olmasın. İkinci plan üzərində daha ciddi dayanılsa da o elə plan olaraq qalıb.
Avtorxanovun versiyasına görə, hadisə bu cür baş verib. Stalin adəti üzrə tez-tez yaxın ətrafını öz bağına dəvət edib. Növbəti dəvət 1953-cü ilin fevralın 28-də baş tutub. “Sədaqətli” dördlük bir neçə saat Stalinin qonağı olublar. Malenkov, Xruşov və Bulqanin bağı tez tərk ediblər, amma evə yox, Kremlə yollanıblar. Beriya isə bəzi məsələləri müzakirə etmək üçün Stalinlə təkbətək qalıb. Görüşdə Beriya Xruşovla bağlı yeni faktların olmasını söyləyib və öz aparatında çalışan qadın əməkdaşı otağa dəvət edib ki, sənədləri Stalinə təqdim etsin. Qadın içəri daxil olan kimi qovluğu Beriyaya uzadıb. Beriya qovluğu açana qədər həmin qadın çevik bir hərəkətlə çox kiçik qabda olan mayeni Stalinin üzünə çiləyib. Stalin bir neçə saniyə ərzində huşunu itirib. Sonra Beriyanın əməkdaşı kimi təqdim olunan bu qadın Stalinə bir neçə iynə vurub. Daha sonra isə o Stalinin bir-neçə günlük “müalicə”sində artıq həkim qismində görünməyə başlayıb və Beriyanın tapşırıqları ilə rəhbərin həyatını yavaş-yavaş söndürən pereparatları Stalinin bədəninə yeridib.
Digər bir versiyaya görə, Stalinin aradan götürülməsi üçün bir neçə il xüsusi hazırlıq görülüb. Bu hazırlıq prosesində əsas məsələ Stalinin ən yaxın ətrafını, xidməti personalını təmizləmək olub. Faktlar onu sübut edir ki, Stalinin “yaxın silahdaşları” buna yetərincə nail ola biliblər. Stalinin şəxsi mühafizəsinin rəisi general Vlasik və köməkçi katib Poskrebışev həbs olunub, şəxsi həkimi akademik Vinoqradov həbsxanaya salınıb, Kreml komendaturasının rəhbəri, general Kosınkin və Mərkəzi Komitənin üzvü Lev Mexlis müəmmalı şəkildə ölüb. Və Stalinə sözün əsl mənasında sədaqət nümayiş etdirən bu insanları “NKVD”nin nümayəndələri, yaxud da bu qurumla birbaşa əlaqəsi olanlar, Beriyaya yaxınlıqları ilə tanınanlar əvəzləyiblər. Stalinin ətrafında olan bu insanlar mütəmadi olaraq rəhbərin həyatının ən xırda detalları haqqında Beriyanı mütəmadi olaraq məlumatlandırıblar. Beləliklə də, Beriya Stalinin yaxın ətrafı üzərində öz hakimliyini təmin edə bilib.
Fevralın 1-də müəmmalı şəkildə Stalinin beyninə qan sızması nəticəsində vaxtında həkimlərin müdaxiləsinin olmaması, rabitə əlaqələrinin qəfil kəsilməsi də sübut edir ki, Beriya məsələ ilə bağlı işini çox “mükəmməl” tutub.
Bu haqda Stalinin qızı Svetlana Allilueva öz xatirələrində yazıb:
“Martın 1-də günün ikinci yarısında xidmətçi Stalini yerə uzanığlı huşsuz vəziyyətdə görəndə təcili həkim çağırmaq lazım olduğunu bildirərkən heç kim buna məhəl qoymayıb. Sözsüz ki, əgər əvvəlkilər, Vlasik və Poskrebışev olsaydılar buna imkan verməzdilər. Həmin anlarda atamın yaşadığı bağa gələn Beriya “heç bir hadisə baş verməyib, o yatır” deyə çıxıb gedib. Bir neçə saat atam yerdə uzanılı qalıb. Həkimlərin iştirakı olmadan onu soyundurub yatağa uzatmaq qərarına gəliblər. Nəhayət, səhərisi gün onun səhhətində çox ciddi problemlərin yarandığını görən xidmətçilər həkim çağırışı üçün səs-küy salıblar. Bu tələblərdən sonra onları dərhal işdən azad ediblər, yerdə qalanlara isə sakit durmağı məsləhət görüblər. Mən həmin ərəfədə atamla telefon əlaqəsi yaratmağa çox cəhd göstərdim. Amma mənası olmadı. Stalinin otağında hökumət telefonu və daha iki əlavə telefon var idi. Hər üç telefon məşğul göstərirdi. Belə çıxır ki, atam eyni vaxtda üç telefonla danışırmış. Bütün bunlar əvvəlcədən qurulmuş işlər idi. Atamın telefonlarının dəstəyi isə çoxdan Beriyanın əlində idi. Məhz atam huşunu itirən zaman üstündə telefon olan kiçik stolun yanında yerə yıxılıb. Yəqin ki, o telefonla kimisə köməyə çağırmaq istəyib. Telefonlar isə susub...”.
Mart ayından sonrakı hadisələr də Stalinin ölümünün əvvəlcədən planlaşdırdığını təsdiqləyir.
Qorbaçovun hakimiyyəti dövründə açılan arxivlərdə Mərkəzi Komitənin 1953-cü il iyul plenumunun stenoqrammında maraqlı məqamlar üzə çıxıb. Nikita Xruşovun müraciətində bu sətirlərə rast gəlinir: “Stalinin ölümünə bir neçə gün qalmış mən Bulqaninə dedim ki, Stalin öləndən sonra Beriya bütün vasitələrlə daxili işlər naziri postuna can atacaq ki, bunun da nəticələri çox pis gözlənilir”.
Bulqanin isə Xruşovun fikirlərini təsdiqləyərək “bəli, aramızda belə söhbət olub” deyərək təsdiqləyib. Belə aydın olur ki, həm Bulqanin, həm Xruşov, həm də Beriya öz planlarının reallaşmasına, Stalinin mütləq ölümünə tam əmin olublar.
Daha bir fakt. Xruşov dəfələrlə öz xatirələrində göstərib ki, həkimlər Stalini müayinə etdikdən sonra rəhbərin ölümünün qaçılmaz olduğunu onun üzünə söyləyiblər. Sözsüz ki, bu fikir inandırıcı deyil. Birincisi ona görə ki, Stalin kimi bir xəstənin üzünə onun çarəsiz xəstə olmasını söyləmək mümkünsüz bir məsələ idi. İkincisi, heç bir həkim Stalini sağikən dəfn etmək məsuliyyətini öz üzərinə götürə bilməzdi. Üçüncüsü isə Xruşovdan həmin həkimlərin kimlər olduğu soruşulanda o, bu suala cavab verə bilməyib. Deməli, bu da, Stalinin “sədaqətli dostları”nın planlarının açılmaması üçün uydurduqları növbəti yalan olub.
Svetlana Alliluyevanın gətirdiyi digər bir fakt da məsələyə aydınlıq gətirir. Belə ki, rəhbərin qızı bildirib ki, həmin vaxt atasının bağında olan həkimlərin heç birini tanımayıb. Məhz həmin dövrdə yuxarıda qeyd etdiyimiz kimi, Stalinin şəxsi həkimi Vinoqradov həbsdə olub, o cümlədən Kreml məmurlarının sağlamlıqlarına cavabdeh olan müalicə idarəsinin rəisi Yeqorov da sürgünə göndərilib. Stalinin inandığı şəxslərdən biri olan SSRİ səhiyyə naziri isə həmin ərəfədə müəmmalı şəkildə yoxa çıxıb. Svetlana Alliluyeva qeyd edib ki, atamın başına yığışan həkimlər çox qəribə davranırdılar, bəlkə onlar heç həkim də deyildilər.
Daha bir qaranlıq məqam. Stalinin xəstəliyi haqqında ictimaiyyətə martın 4-də məlumat verilib. Məlumatda göstərilib ki, səkkiz həkimdən, professor və akademiklərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiyanın rəhbərləri SSRİ-nin yeni səhiyyə naziri Tretyakov və Kremlin müalicə idarəsinin yeni rəisi Kuperin olublar. Məlumatda o da qeyd olunub ki, Stalinin müalicəsi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və Sovet hökumətinin tam nəzarəti altındadır.
Martın 5-də Stalinin ölümündən sonra komissiyanın tərkibində ciddi dəyişiklik olub və üzvlərin sayı yeddiyə endirilib. Komissiya üzvləri Stalinin ölümü ilə bağlı rəsmi rəy yazıblar. Rəydə Stalinin beyninə qan sızmadan sonra xəstəliyinin müalicəsinin mümkünsüzlüyü göstərilib. Rəyin sonunda 7. 03. 53 tarixi qoyulub. Həmin rəy martın 7-də “İzvestiya” qəzetində çap olunub. Maraqlı məqam budur ki, martın 7-də işıq üzü görmüş qəzetdə martın 7-də yazılmış rəyin çapı mümkün olmadığı halda “sədaqətli dördlük” bu incəliyə diqqət yetirə bilməyiblər. Deməli Stalinin ölümü ilə bağlı yazılmış son rəy də əvvəlcədən hazırlanıbmış.
Bütün bu versiyalara diqqət yetirdikdə Stalinin öz silahdaşları tərəfindən öldürülməsinə şübhə qalmır.
Amma hansı Stalini?
Həqiqətənmi martın 1-də huşsuz vəziyyətdə yerə yıxılmış şəxs Stalin özü olub?
Həqiqətənmi Qızıl Meydana toplaşan saysız-hesabsız insanlar öz sevimli rəhbərini son mənzilə yola salıblar?
Mavzoleydə Leninin yanında balzamlaşdırılıb uzadılan Stalininmi cəsədi olub?
Bütün bu müəmmalarla bağlı daha bir versiya var. Ziddiyyətli şəxsiyyətin müəmmalı ölümünə, rəhbərin harada və neçənci ildə dünyasını dəyişdiyinə bir az da aydınlıq gətirən versiya. Bu haqda 2-ci yazıda.
Bəzi versiyalara görə İosif Stalin özünə yaxın saydığı silahdaşları tərəfindən öldürülüb. Faktlar Stalinin müəmmalı ölümünə şübhə yeri qoymur. Amma digər bir müəmmalı məsələ odur ki, öldürülən şəxs Stalin olubmu?
Tarixçilərin daha bir versiyası bu məsələyə kifayət qədər ciddi arqumentlərlə aydınlıq gətirib.
Ehtimala görə, Stalini aldatmağa, rəhbəri aradan götürmək üçün hansısa bir plan haqqında düşünməyə heç kimin cürəti çata bilməzdi. Təbii ki, heç vaxt ehtiyatını əldən verməyən Stalin dərhal bunu hiss edə bilərdi. Digər bir tərəfdən Stalin öz təhlükəsizliyi məsələsinə həddindən artıq, qədərindən də çox ciddi yanaşıb. Onun şəxsi mühafizəsi məsələsi xüsusi, olduqca mürəkkəb qaydalarla işlənib və bu qaydalar müntəzəm olaraq dəyişdirilib. Mühafizəyə 1200 nəfərdən artıq adam cəlb olunub. Bununla yanaşı, digər xüsusi orqanlar da Stalinin mühafizəsi ilə məşğul olublar. Rəhbər öz təhlükəsizliyinə görə daha çox ətraf mühitdən təcrid vəziyyətində olmağa üstünlük verib. Bu da bir həqiqətdir ki, bir çox kütləvi tədbirlərdə Stalin özü yox, oxşarları iştirak edib. Stalinin oxşarlarının tapılması və onların təlimatlandırılması, hazırlanması üçün xüsusi qrup işləyib. Təbii ki, belə olan halda Stalinin öldürülməsinə nəinki cəhd göstərmək, hətta düşünmək belə yəqin ki, ağılsızlıq olardı. Bunları nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, əvvəlki versiyalar həqiqətə uyğundur, amma öldürülən şəxs Stalinin oxşarı olub. Və sonuncu versiya da demək olar ki, bunu təsdiqləyir. Vaxtilə “tam məxfi” möhürü ilə bağlanmış arxiv sənədlərinin açılması belə deməyə əsas verir.
Bu sənədlərin arasında daha çox diqqəti çəkən həkimlərin Stalinin son günləri ilə bağlı yazdıqları rəydir. Rəydə Stalinin cəsədini pataloqoanatomlar çox xırdalığına qədər təsvir ediblər. Lakin maraqlısı odur ki, Stalinin iki ən gözəçarpan fərdi xüsusiyyətləri barədə, yəni sol ayağının ikinci və üçüncü barmaqlarının bitişməsi və uşaqlıqda sol dirsəyinin zədələnməsi barədə bir kəlmə də söz açılmayıb. Bu ancaq bir şeyə dəlalət edə bilər ki, yarılmış cəsəd Stalinə məxsus olmayıb.
Bəs tarixşilər bu haqda nə deyir?
Araşdırmaçıların fikrinə görə İosif Stalin gələcək taleyini müəyyənləşdirmək üçün yetərincə baş sındırmalı olub. Rəhbər düşünüb ki, səhhətində olan problemlərlə yaşlandıqdan sonra “sədaqətli” silahdaşları onu düşündüyündən də amansız məhv edəcəklər. Bu səbəbdən də o vaxtında ağılasığmaz tədbirlər həyata keçirməyə başlayıb.
Məsələnin bu yöndə getməsinin siyasi tərəfləri də olub. Məlum məsələdir ki, müharibədən sonrakı illərdə Stalininin səhhətində yaranmış problemlər, rəhbərin qəfil ölüm ehtimalı, bunu dünyaya bəyan etmək Sovet dövləti üçün olduqca təhlükəli idi. Müharibədən sonra ölkə hələ özünə gəlməmişdi. Dünyanın aparıcı dövlətləri ilə çox da isti olmayan münasibətlərin xoşagəlməz fəsadları ola bilərdi. Bütün bu səbəblərdən Stalinin öz gələcəyi ilə bağlı həyata keçirəcəyi tədbirlər silahdaşları tərəfindən də müsbət qarşılanıb. Beləliklə, Stalin tam məxfi şəkildə SSRİ ərazisindən çox uzaq bir məkanda yerləşdirilməliydi. Ölkəni isə onun oxşarı və silahdaşları idarə etməliydi. Son nəticədə ölkə rəhbərliyi dünyaya, o cümlədən SSRİ vətəndaşlarına göstərməliydilər ki, rəhbərin sağlamlıq durumu qənaətbəxşdir və o ölkəni idarə etməkdə davam edir.
Maraqlıdır ki, Stalin özünü könüllü olaraq hansı məkana “sürgün” etmişdi?
Dini ədəbiyyatı yaxşı bilən Stalinə məlum idi ki, hind monastrlarının birində Tibet Yevangeliyasının çox qədim əlyazısı saxlanılır və həmin yazıda göstərilir ki, müqəddəs İsa heç də çarmıxda ölməyib, onu şagirdləri xilas edib və o ömrünün sonuna qədər Kəşmir vilayətində yaşayıb. Stalin həm də öyrənmişdi ki, Tibet lamaları qədim müalicə üsulları ilə ən ağır xəstəlikləri belə, sağalda bilirlər. Rəhbər məhz bu yolu, bu məkanı seçməyə qərar verib və Beriyaya “Himalaya səyahət” məxfi əməliyyatını keçirməyi tapşırıb. Əməliyyata uyğun olaraq Stalinin oxşarı Boris Arapetov “lal tacir İsabəy” adı ilə Himalay dağı ətəyində məskunlaşıb. “İsabəy” bir müddətdən sonra aradan götürülməli və onu Stalin əvəz etməliydi.
Moskvada isə əməliyyatın davamı olaraq Stalini əvəz edəcək oxşarı Avtandil Çalaqoniya ilə bağlı ciddi hazırlıq işləri aparılıb. Bu versiyaya görə, Avtandil Çanaqoliya həmin şəxsdir ki, o bir-neçə il ölkə rəhbərliyində Stalini əvəz edib, Kreml mavzoleyində Leninin cəsədinin yanında balzamlaşdırılaraq uzanmaq “şərəfinə” nail olub.
Bu yerdəyişmələr zamanı kütləvi informasiya vasitələrində Stalinin yalnız 1947-ci ilə qədər çəkdirdiyi şəkillər yer alıb.
Stalinin qızı Svetlana Alliluyevanın bəzi müşahidələri də bu yerdəyişmə əməliyyatının gerçəkliyini təsdiqləyib: “Çox qəribədir ki, son vaxtlar atam sevimli qəlyanından demək olar ki, imtina etmişdi. Adətən atamın sifətinin rəngi qaçmış və solğun olurdu. Son dövrlərdə onun bənizi də tam fərqli, qıpqırmızı idi”.
Stalinin müəmmalı ölümünün bu versiyasında diqqət çəkən digər məqamlar da var. Maraqlıdır ki, 1956-cı ildə Stalinin şəxsiyyətə pərəstiş məsələsi qaldırılanda, onu milyonlarla insanın məhvində günahlandıranda nəyə görə nəşini mavzoleydən çıxarmayıblar? Belə ehtimal olunur ki, Stalin həmin ərəfədə uzaq Tibetdə hələ sağ olub və Stalin “xofu” hələ də Siyasi Büro üzvlərinin canından çıxmayıb.
1961-ci ilin yazında Stalinin cəsədinin mavzoleydən çıxarılması isə deməyə əsas verir ki, rəhbər artıq ölübmüş.
Beləliklə, bu versiyaya görə, Stalin 1953-cü ildə Moskvada deyil, 1960 və ya 1961-ci ildə Tibetdə ölüb.
Təbii ki, bütün bunlar tarixçilərin və araşdırmaçıların sübuta yetirmək istədikləri versiyalarıdır. Ancaq nə qədər ki, arxivlərdə “tam məxfi” sənədlər tam açılmayıb, Stalinin müəmmalı ölümü də sirr kimi qalacaq.
İlham Cəmiloğlu

Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |