06.03.2017 [15:05] - İdman
Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası işini başa çatdırıb. Quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdikləri tədbirdə qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər keçirilib.
Seçkilərdən əvvəl qurumun son dörd ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən UEC-in prezidenti David Lappartien şosse velosipedinin elit kateqoriyasında qitə çempionatının keçirilməsini ən vacib addımlardan biri kimi dəyərləndirib. O, “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.
David Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti dörd il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqət UEC-in Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. Altı nəfərdən ibarət olan Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədliyi irəli sürülüb. Onların arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Sahib Ələkbərov da olub. Səsvermənin nəticələrinə əsasən, Rəhbər Komitəyə 12 namizəd arasından seçilən 6 nəfərdən biri də AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub.
Son illər Azərbaycanda dövlət qayğısı hesabına velosiped idmanının inkişafı istiqamətində atılan addımlar, nüfuzlu “Tour d'Azerbaidjan” veloyürüşünün təşkili, 2018-ci ildə ölkəmizin BMX velosiped növü üzrə dünya çempionatına ev sahibliyi hüququnu qazanması, “Synergy Baku” komandasının 2016-cı ili dünyanın 176 kontinental klubu arasında reytinq sıralamasında dördüncü yerdə başa vurması bu seçimdə önəmli rol oynayıb.
UEC-in Rəhbər Komitəsi biri qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarları qəbul edən səlahiyyətli orqandır.
Baş Assambleya zamanı AzVİF-in baş katibi Fərhad Əliyevə də etimad göstərilib. O, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bu ilin sentyabrında keçiriləcək konqresində UEC-i təmsil edəcək 15 səlahiyyətli nümayəndədən biri olub. Səlahiyyətli nümayəndə üçün 50 milli federasiyadan 26 nəfər namizədliyini irəli sürüb. F.Əliyev səlahiyyətli nümayəndə kimi UCI-nin prezidenti və Rəhbər Komitənin üzvlüyünə keçiriləcək səsvermə prosesində UEC-i təmsil edəcək.

Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |