16.04.2012 [18:34] - Gündəm
Aprelin 16-da Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem ilə görüşüb.
ADU-nun mətbuat xidmətindən Davam.az-a bildirilib ki, görüşdə ADU-nun İsrail universitetləri ilə əlaqələri, həmin ali məktəblərlə əlaqələrin qurulması imkanları müzakirə olunub, həmçinin ADU-daki İsrail mərkəzinin fəaliyyəti haqda fikir mübadiləsi aparılıb. Sözügedən mərkəzin fəaliyyəti, xüsusilə elm, təhsil, o cümlədən humanitar sahədə əlaqələrin inkişafında oynadığı rol yüksək qiymətləndirilib.
Eyni zamanda, İsrail universitetləri və ADU arasında əməkdaşlıq perspektivlərinin genişlənməsi məsələsi də müzakirə olunub. Bu məqsədlə İsrail universitetləri və ADU arasında birgə layihələrin həyata keçirilməsi, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, müəllim-tələbə mübadiləsi haqda da müzakirələr aparılıb. Səfir ADU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Xatırladaq ki, ADU-da İsrail mərkəzi 2005-2006-cı tədris ilindən fəaliyyət göstərir.

Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |