Şrift:
“Neft Daşları” yatağında yeni quyu qazılır
06.03.2017 [15:08] - İqtisadiyyat
“Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2689 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1430 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed