Şrift:
ASSITEJ: Uşağı teatra apar
06.03.2017 [15:09] - Mədəniyyət
Hər il martın 20-si Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSITEJ) tərəfindən Dünya Uşaqlar və Gənclər Teatrı Günü kimi qeyd olunur. Bu əlamətdar gün “Uşağı teatra apar” devizi altında keçirilir.

Bu il Dünya Uşaqlar və Gənclər Teatrı Günü ilə əlaqədar Meksikanın tanınmış uşaq yazıçısı Fransisko İnoxosa və ASSITEJ-in prezidenti İvet Hardi ictimaiyyətə müraciət edib.

Fransisko İnoxosanın müraciətində qeyd olunur ki, səhnədə yaxşı söylənmiş bir hekayə uşaqları cəlb edir və necə olursa-olsun onları dəyişir. Tamaşadan çıxdıqdan sonra dünya onlara fərqli görünür. Bu isə uşaqların dünyagörüşünün inkişafına kömək edir.

İvet Hardinin müraciətində diqqətə çatdırılır ki, uşaqlar özləri teatra gedə bilmirlər. Hər il martın 20-də Dünya Uşaqlar və Gənclər Teatrı Gününün qeyd edilməsində məqsəd uşaqların valideynlərdən asılı olmasını onların diqqətə çatdırmaqdır. Valideynlərin çoxu mütaliənin dəyərini başa düşür, kitab oxumağın uşaq və gənclərin real dünyaya qədəm qoymasında vəsiqə olmasını qəbul edirlər. Bəs teatra nə üçün bu prizmadan yanaşılmasın? Səhnədə oynanılan tamaşaya baxmaq, hadisələri izləmək ilk vaxtlar bir qədər çətin olsa da, xoş və maraqlıdır. Məhz teatr tamaşaçıya insanları, münasibətləri “həqiqi” görməyə kömək edir.

Müraciətlərin tam mətnini ASSITEJ-in saytında oxumaq olar.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed