Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev - NATO-ya inteqrasiyasını gercəkləşdirmək, ən müxtəlif risklərdən sığortalamaqdır -
17.04.2012 [11:05] - Xəbərlər, Fərəc Quliyev
Pres-reliz
Beynəlxalq konfrans.
NATO Ali Tedbiri.
NATO Çikaqo Sammitinin vacibliyi: Avro-Atlantik tərəfdaşlıq üçün yeni imkanlar.
İştirakçılar: Daniel KristianÇiobanu-Rumıniyanın Azərbaycandakı səfiri, NATO Əlaqələndiricisi Səfirliyinin Rəhbəri;
General Mayor Ramiz Nəcəfov-beynəlxalq hərbi Əməkdaşlıq Şöbəsinin rəhbəri;
Qaya Məmmədov-təhlükəsizlik problemləri üzrə idarənin rəis müavini, Azərbaycan Respublikası xarici işlər nazirliyi;
Stefan Elgerema-Avro-Atlantik Tərəfdaşlıq inteqrasiyası və əməkdaşlıq rəhbərliyi, NATO Beynəlxalq Heyyəti.
Fərəc Quliyev- Azərbaycan Respublikası Milli Məclisi Mudafiə və Təhlükəsizlik komitəsinin, Avronest Parlament Assambleyasının üzvü;
Asim mollazadə-milli Məclisin üzvü;
Səməd Seyidov- Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq münasibətlər və ParlamentlərarasıƏlaqələr şöbəsi;
Rayan Kempbell-ABŞ səfirliyi, ikinci katib;
Guy Gerbeau-NATO Müdafiə siyasəti və planlaşdırma Şöbəsi;
Fatih Tigrak-Türkiyənin Azərbaycandakı səfirliyi, ikinci katib;
Rövşən İbrahimov- Azərbaycan Respublikası Prezidenti yanında Strateji araşdırmalar mərkəzi;
Bəxtiyar astanbəyli BDU diplomatiya və müasir inteqrasiya prosesləri kafedrası;
Müzakirə:I panel:NATO Siyasi əlaqələrin və Tərəfdaşlarla praktiki əməkdaşlığın gələcəyi.

Millət vəkili Fərəc Quliyevin bu paneldə çıxışı:
Hörmətli tədbir iştirakçıları, bu mühüm müzakirənin təşkili üçün təşkilatçılara, xüsusən Rumıniyanın səfirliynə təşəkkür edirəm. Bilirik ki, NATO - hökumətlərarası təşkilatdır, onun bütün üzvləri öz suverenliyi və müstəqilliyini qoruyurlar. İlk növbədə NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizlyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. Ümumiyyətlə bu təşkilatın fəlsəfəsi bəşəriyyətin təhlukəsizliyinə töhvə vermək, regional və qlobal təhdidləri aradan qaldırmaqdır. Biz də ölkə olaraq xoşbəxtliyimizi bəşəriyyətin xöşbəxtliyi içərisində axtarirıq və hesab edirik ki,bölgədə ,dünyanın hər hansı bir yerində olan münaqişələr hamını təhdid edir və aradan qaldırılmalıdır.
Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub. Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir. Ölkəmiz 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Biz NATO-nun fəaliyyətində vəziyyətə uygun olaraq müəyyən transformasiya siyasətinin zamaz-zaman şahidi olmuşuq.
Misal üçün, 1952 Lissabon Sammitində qəbul edilən "Məhdud Müharibə Strategiyası" və ya 1954-cü ildə qəbul edilən "Kütləvi Zərbə Strategiyası", eləcə də 1967-ci ildən etibarən tətbiq olunan "Elastiki Zərbə Strategiyası" kimi sənədlər NATO-nun hər dövrün tələbinə uyğun dəyişmə trendinin göstəricisidir. Ancaq qeyd edək ki, verilən nümunlərdən də görüldüyü kimi "Soyuq Müharibə" dövründə strateji sənədlərin qəbulu və icra edilməsi daha çox təşkilatın texniki-hərbi fəaliyyətlərinə işarə edirdi. Soyuq Müharibənin başa çatmasından sonra Şimali Atlantika Alyansı fəaliyyətlərində texniki-hərbi sahə ilə yanaşı, siyasi-konseptual bazada da müəyyən transformasiya meylləri müşahidə edilməyə başladı.Bu gün transmilli təhdid olan Qarabag münaqişəsi və ya Rusiyanın gec partlayan mina effektli postsovet məkanındakı yaratdığı süni münaqişələr nəzərə alınaraq, Şimali Atlantika Alyansı fəaliyyətlərində texniki-hərbi sahə ilə yanaşı, siyasi-konseptual bazada da müəyyən yeni transformasiya siyasəti müəyyənləşdirməlidir. Qarabağ problemi Avrasiya boğazina tıxacdır.Yeni dünya düzəninə mane olan şər qüvvələrin yaratdığı bu süni maneə aradan qaldırılmalıdır.Qərbə inteqrasiyanı prioritet götürən ölkələrin, bir vaxt movcud olmuş SENTO tipli kiçik platsdarmda toplayaraq, tam olaraq vaxt itirmədən NATO-ya inteqrasiyasını gercekləşdirmək belə siyasi-konseptual bazada transformasiya modeli ola bilər.Mənim təklifimin fəlsəfəsi qərb dəyərlərinə hörmət edən, gözləntidə olan regionun tezliklə NATO-ya inteqrasiyasını gercəkləşdirmək,ən müxtəlif risklərdən sığortalamaqdır.Ümid edirəm ki,NATO rəhbərliyi təkliflərimə biganə qalmayacaq.Bir daha tədbirin təşkilatçılarına təşəkkür edirəm.

Milli Dircəliş hərəkatı partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed